İstifadə Qaydaları
HAQQIMIZDA
www.push30.az və Push30 mobil tətbiqi Azərbaycan
Respublikasında 1306296231 nömrəli VÖEN ilə AZ1141, Yasamal rayonu, Mehdi Məmmədov
küçəsi, ev 19 ünvanında qeydiyyatdan keçmiş “Push30” MMC (“Push30”, “bizə”,
“bizim” və “biz”) tərəfindən idarə olunur.
İstifadəçilər
veb-sayt və mobil tətbiqdən istifadə edərək, İstifadə Şərti və Qaydaları ilə tanış olduğu və razılaşdığını təsdiq
edirlər.
ZƏHMƏT OLMASA, BU İSTİFADƏÇİ ŞƏRT VƏ QAYDALARINI DİQQƏTLƏ OXUDUQDAN SONRA XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ EDİN.
ANLAYIŞLAR
Korporativ Abunəçi – Push30-un xidmətlərindən əməkdaşlarının yararlanmasına şərait
yaradılması üçün müqavilə bağlamış hüquqi şəxs/hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs;
İstifadəçi – Xidmətlərimizdən istifadə edən
və adı Korporativ Abunəçi tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Bizə
bildirilən Korporativ Abunəçinin işçisi və ya işçisinin birinci dərəcəli ailə
üzvü və ali təhsil müəssisələrində təhsil
alan, yetkinlik yaşına çatmış tələbələr;
Sessiya – İstifadəçinin bir təqvim günü ərzində İstifadəçi tərəfindən seçilmiş
müvafiq İdman Klubunda həyata keçirdiyi idman fəaliyyəti;
QR Kod – Sessiyaya giriş əldə etmək üçün İstifadəçinin istifadə etdiyi xüsusi
qrafik kod;
Şəxsi Hesab – mobil tətbiqdə İstifadəçinin qeydiyyatı haqqında məlumatların
saxlanıldığı və İdman Klublarında Sessiyadan istifadə etmək imkanını verən
hesab;
Mobil Tətbiq – İstifadəçilərə İdman Xidmətlərindən istifadə etmək üçün İdman
Klublarını seçmək və giriş almaq imkanı verən, o cümlədən bu və ya digər
funksiyalara malik IOS və Android platformalarında işləyən mobil proqram;
Planlaşdırılmış Tədbir – Push30 tərəfindən təşkil və təklif edilən, qabaqcadan qeydiyyat tələb
edən dərs və ya fəaliyyət (məs. yoqa dərsi, pilates dərsi, qaçış sessiyası,
futbol matçı, turnirlər və s.);
İdman Klubları – Sahibkarlıq fəaliyyəti ilə məşğul olan və İstifadəçilərə İdman Xidmətlərini
təmin edən hüquqi şəxslər və/ və ya fərdi sahibkarlar tərəfindən təqdim olunan
idman və istirahət obyektləri;
İdman Xidmətləri – İdman Klublarının təqdim etdiyi və adi üzvlük haqqından başqa əlavə
ödəniş tələb etməyən, idman, fitnes və ya birbaşa idman və ya sağlam həyat tərzi
ilə əlaqədar digər fəaliyyət sahəsində Xidmətlər;
Standart Abunəlik – Mobil Tətbiqdə Standard Abunəlik Paketlərinə və Tələbə Abunəlik
Paketlərinə aid olan İdman Klublarına abunəlik;
Plus Abunəlik - Mobil Tətbiqdə Plus Abunəlik Paketlərinə, Standard Abunəlik Paketlərinə
və Tələbə Abunəlik Paketlərinə aid olan olunan İdman Klublarına abunəlik
Premium Abunəlik - Mobil Tətbiqdə Premium Abunəlik Paketlərinə, Plus Abunəlik Paketlərinə,
Standard Abunəlik Paketlərinə və Tələbə Abunəlik Paketlərinə aid olan İdman
Klublarına abunəlik
Tələbə Abunəlik - Mobil Tətbiqdə Tələbə Abunəlik Paketlərinə aid olan İdman Klublarına
abunəlik.
Uyğun Elektron Ünvan – Korporativ Abunəçi tərəfindən təqdim olunan və domen ünvanına uyğun
olan, siyahıda müəyyən olunan elektron ünvan.
Tələbə vəsiqəsi – Təhsil müəssisəsi tərəfindən İstifadəçiyə verilən və İstifadəçinin tələbə
olmağını sübut edən sənəd.
Rezervasiya – Plus və Premium Abunəlik Paketinə aid olan İdman Klublarının İdman
Xidmətlərindən yararlanmaq üçün İstifadəçilərin Şəxsi Hesabları vasitəsilə istədikləri
vaxtın rezerv olunma sistemi.
Hansı xidmətləri göstəririk?
Push30
İdman Xidmətlərinin aqreqatoru olaraq aşağıdakı xidmətləri istifadəçilərə təqdim
edir:
a)
Mobil tətbiqdə siyahıda olan İdman
Klublarının xidmətlərindən istifadə;
b)
İdman Klublarının siyahısı həmçinin
İstifadəçilərə uyğun Abunəlik planları ilə təqdim olunan fəaliyyəti,
avadanlıqları və digər xidmətləri göstərir. Abunəlik planları barədə əlavə məlumat
almaq üçün, qeyd olunan Mobil Tətbiqə nəzər yetirməyiniz xahiş olunur;
c)
Mobil Tətbiqdə digərləri ilə yanaşı, məşqlərin təsviri,
məşq planları, qida planları, o cümlədən fitneslə bağlı məsləhətlərin əks
olunduğu məzmundan istifadə imkanı.
XƏBƏRDARLIQ
Abunəliklərdən
istifadə etmək üçün İstifadəçinin işəgötürəni Push30 ilə ayrı müqavilə
bağlamalıdır və ya İstifadəçi ali təhsil müəssisələrində təhsil almalıdır.
Zəhmət
olmasa, əlavə məlumatlar üçün Müştəri xidmətlərimiz ( support@push30.az ) ilə əlaqə saxlayın.
Push30
yalnız İstifadəçilərin İdman Klublarından xidmətlərindən bir üzvlük ilə
yararlanmağına şərait yaradan aqqreqatordur və İdman Klubları tərəfindən göstərilən
İdman Xidmətlərinə görə heç bir məsuliyyət daşımır.
İstifadəçinin
əməkdaşı olduğu Korporativ Abunəçi Şirkətlə İdman Klubu olaraq müqavilə
imzalayarsa, İstifadəçilər həmin İdman Klubunun İdman Xidmətlərindən istifadə
edə bilməz.
İstifadəçilər
rəsmi iş yerindən ayrıldığı təqdirdə bu barədə Şirkətə yazılı məlumat verməlidir.
Push30
İstifadəçilərdən öz mülahizəsinə əsasən əmək fəaliyyətləri ilə məşğul olduğu
yer barədə rəsmi, etibarlı, həqiqi və səhih mənbədən olan arayış və bu məlumatları
təsdiq edən digər bir sənəd tələb edə bilər.
.
Qaydalarımızda dəyişikliklər
1)
Push30 Mobil Tətbiq vasitəsilə
İstifadəçiyə məlumat verməklə bu Şərt və Müddəalara və ya digər əlaqəli məzmunlara
birtərəfli qaydada dəyişikliklər edə bilər. Biz belə dəyişikliklər barədə
İstifadəçiləri 5 gün əvvəl məlumatlandırırıq. Bu məlumatlandırmadan sonra İstifadəçinin
Mobil Tətbiqdən/Veb-saytdan davamlı olaraq istifadə etməsi onun düzəlişlər
edilmiş İstifadə Şərti və Qaydalarının qəbul etməsi kimi şərh olunacaqdır.
2)
İstifadəçilər qəbul edirlər ki,
İdman Xidmətlərinə siyahıda göstərilməyən xidmətlər İdman Xidmətlərinin əhatə
dairəsinə daxil olmaya bilər və bunların müqabilində əlavə ödəniş tələb oluna
bilər.
a)
Məşqçilər və/və ya İdman Klubları
tərəfindən təklif olunan fərdi məşq xidmətləri;
b)
Xidmətlərə aid olmayan ödənişli dərslər
(boks, üzgüçülük və s.);
c)
İdman Klubları daxilində təklif
olunan qida məhsulları, o cümlədən, lakin bunlarla məhdudlaşmadan yeməklər,
içkilər və idman qidaları (məsələn, proteinlər, qeynerlər və s.);
Xidmətlərimizdən Necə Yararlana Bilərsiniz?
3)
Korporativ Abunəçilərin əməkdaşı
olan İstifadəçilər yalnız Korporativ Abunəçi tərəfindən əvvəlcədən təsdiq
olunmuş və/və ya verilmiş Uyğun Elektron Ünvanlar vasitəsilə qeydiyyatdan keçərək
Xidmətlərimizdən istifadə edə bilərlər.
4)
Tələbə kimi qeydiyyatdan keçən
İstifadəçilər qeydiyyat zamanı Tələbə vəsiqəsi və Şəxsiyyət Vəsiqəsi məlumatlarını
təqdim edərək qeydiyyatdan keçə və Xidmətlərimizdən istifadə edə bilərlər.
5)
Mobil Tətbiqdə qeydiyyatdan keçmək
üçün İstifadəçi bu məlumatları verməlidir: (i) soyadı, (ii) adı, (iii) elektron
poçt ünvanı, (iv) telefon nömrəsi, (v) Tələbə vəsiqəsi məlumatları. İstifadəçi
təqdim etdiyi məlumatların düzgünlüyü və dəqiqliyi ilə bağlı cavabdehlik
daşıyır.
6)
Push30-a öz şəxsi məlumatlarını
verməklə İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun öz şəxsi
məlumatlarının işlənilməsi və onlardan istifadə edilməsi ilə bağlı razılıq
verir. Zəhmət olmasa, əlavə məlumat üçün Məxfilik
Siyasətinə nəzər yetirəsiniz
7)
İstifadəçi Mobil Tətbiq və/və ya
Veb-sayt ilə uyğun korporativ elektron ünvan ilə qeydiyyatdan keçdikdən sonra,
telefon nömrəsinə xüsusi aktivləşdirmə kodu gələcəkdir. İstifadəçi aktivləşdirmə
kodunu tələb olunan xanaya doldurduqdan sonra seçdiyi Abunəlik Planına uyğun
olaraq Xidmətlərimizdən yararlana və/və ya Planlaşdırılmış tədbirlərdə iştirak
üçün qeydiyyatdan keçə bilər.
8)
İstifadəçi qeydiyyatdan keçdikdən
sonra Sessiyada iştirak etmək üçün öz simasını (üzünü) Mobil Tətbiqə təqdim etməlidir.
İstifadəçinin siması yadda saxlanıldıqdan sonra İstifadəçi simasının (üzünün)
ilkin skan olunan sima ilə eyniləşdiyi halda QR-kodu yarada biləcəkdir. Push30
öz birtərəfli qərarı ilə eyniləşdirmələri davamlı və ya mütəmadi şəkildə tətbiq
edə bilər.
9)
Tələbə paketinin abunəçisi olan
İstifadəçilər şəxsiyyət vəsiqələrini, tələbəliklərini təsdiq edən sənədi təqdim
etməklə Mobil Tətbiqdə olan Şəxsi Hesabından istifadə edərək, İdman Klublarının
QR-kod oxuyucusu ilə QR-kodunu skan edəcək. Digər İstifadəçilər isə şəxsiyyət vəsiqələrini
təqdim etməklə Mobil Tətbiqdə olan Şəxsi Hesabından istifadə edərək, İdman
Klublarının QR-kod oxuyucusu ilə QR-kodunu skan edərək, Sessiyalarda iştirak edə
biləcək.
10)
İstifadəçi seçmiş olduğu İdman
Klubunun açıq olduğu vaxtlarda `1 (bir) dəfə giriş hüququna malikdir.
Korporativ Abunəçi tərəfindən dəyəri ödənilən aylıq abunəliklərin və dəyərinin kimin tərəfindən ödənilməsindən
asılı olmayaraq bütün illik abunəliklərin istifadəsi zamanı bu qayda tətbiq
edilmir. Yalnız cari aylıq abunəliyi olan şəxslər 1 iyul 2024-cü il tarixinə qədər,
gün ərzində ən azı 5 saatlıq intervalın olması şərti ilə 2 dəfə giriş edə bilər.
11)
İstifadəçi gün ərzində Müəssisəyə 2-ci
(ikinci) dəfə daxil olmağa cəhd edərsə, yaxud Xidmətləri təchiz etməyə imkan
verməyən başqa şərait mövcuddursa, İdman Klubları tərəfindən İstifadəçiyə göstərilən
İdman Xidmətlərinə görə bu Şərtlər və Qaydalar tətbiq edilməyəcək. Belə halda,
İstifadəçi ödənişi Push30-un iştirakı olmadan birbaşa İdman Klubuna ödəyir.
12)
İdman Klubu və ya İdman Klubunda
avadanlıq hər hansı səbəbdən müvəqqəti olaraq işləmirsə (məsələn, bayram günləri,
ictimai tədbirlər, texniki qulluq), məlumat daxil olduqdan sonra ən qısa müddət
ərzində Mobil Tətbiqdə dərc edilir. İdman Klubunun və ya İdman Klubunda hər
hansı avadanlığın açıq və/və ya işlək olmasını yoxlamaq İstifadəçilərin məsuliyyətindədir.
13)
İstifadəçi Mobil Tətbiqdə
qeydiyyat prosedurunda verilmiş məlumatın dəqiqliyi və düzgünlüyünə görə
cavabdehlik daşıyır.
14)
İstifadəçi Mobil Tətbiqdə onun Şəxsi
Hesabı ilə həyata keçirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyır. İdman
Xidmətlərindən istifadə İstifadəçinin şəxsi hüququ hesab edilir və qeydiyyat məlumatlarını
üçüncü tərəflərə ötürmək/açıqlamaq/təyin etmək qəti qadağandır. Istifadəçilər
üçüncü şəxslərə Hesablarına giriş üçün icazə verməməlidirlər. İstifadəçilər
müstəqil şəkildə Hesablarının məxfiliyini lazımi diqqət ayıraraq
qorumalıdırlar. Push30 İstifadəçinin belə hərəkətlərinə qarşı istənilən
preventiv və cavab tədbiri görmə hüququna malik olacaq.
15)
İstifadəçinin öz Şəxsi Hesabının təhlükəsizliyinə,
yaxud üçüncü tərəflərin ondan icazəsiz istifadə etməsinə dair hər hansı şübhəsi
olarsa, İstifadəçi bu barədə təyin edilmiş telefon nömrəsinə (nömrələrinə) zəng
etməklə Push30-a dərhal məlumat verməlidir. Mobil nömrə: +994 50 555 3030;
*3033 Elektron ünvan: support@push30.az
16)
Push30 İstifadəçinin İdman Xidmətlərindən
istifadə etməsi nəticəsində yaranan hər hansı itki, zərər, ölüm halı,
sağlamlığa və mülkiyyətə zərər, xəstəlik, yaxud hər hansı əmlakın oğurlanması
üçün məsuliyyət daşımır. İstifadəçi İdman fəaliyyətinə başlamazdan əvvəl həkim
və ya tibb işçisi ilə məsləhətləşməyə və öz tibbi və fiziki vəziyyətini qiymətləndirməyə
və hər hansı idman növü ilə məşğul olmaq, obyektlərdən istifadə etmək, yaxud tələblərinə
uyğunlaşdırmaq haqqında müstəqil qərar qəbul etməyə görə məsuliyyət daşıyır.
17)
07.02.2023-cü il tarixinə kimi
illik və ya aylıq Plus abunəlik almış İstifadəçilər, Plus abunəliklərinin
istifadə müddəti bitənə kimi Mobil Tətbiqdə göstərilən Premium Abunəlik Paketinə
aid olan lakin İstifadəçi alan zaman Plus Abunəlik Paketinə aid olan İdman
Klublarından istifadə edə biləcək. Bu Premium Abunəlik Paketinə 07.02.2023-cü
il tarixindən sonra əlavə olunan İdman Klublarına şamil edilmir.
18)
Aşağıdakı İdman Klublarına daxil
olmaq hüququna yalnız İllik Premium paketin abunəçisi olan İstifadəçilər malik
olacaqdır:
Hamambath, Medcenter, Omar Atçılıq Mərkəzi, Cıdır Atçılıq Mərkəzi, World Class,
Ritz-Carlton
19)
17.01.2024-cü il tarixdən etibarən Premium paketin aylıq abunəliyi
ləğv edilir. Bununla belə, İstifadəçi aktiv olan paketini növbəti aylarda
yeniləyərsə, habelə paketin ləğv edilməsini seçməzsə, növbəti aylarda Premium aylıq paketı əldə
edərək xidmətlərdən istifadə edə bilər. İstifadəçi tərəfindən Premium aylıq
paketin bir dəfə ləğv edilməsi və ya abunəliyin müəyyən bir ayda yenilənməməsindən
sonra İstifadəçi bir daha Premium aylıq paket əldə edə bilməyəcəkdir.
Hüquqların ötürülməsi
20)
Bütün materiallar, Xidmətlər,
qrafika, məlumatlar, məqalələr, şəkillər, illusturasiyalar və Siz tərəfindən
göndərilən müraciətlər və digərləri (bundan sonra “Məzmun”) Push30-un müstəsna
hüquqlarıdır və müvafiq qanunlar və qaydalar ilə qorunur.
İstifadəçinin Hesabının Ləğvi Siyasəti
21)
İstifadəçilər razılaşır və zəmanət
verir ki, aşağıdakı hərəkətlərdən çəkinəcəklər:
a)
Bu Qaydaların pozulması.
b)
İdman Klubunun daxili qaydalarının
və istifadəçi təlimatlarının pozulması.
c)
Şəxsi Hesablarının təhlükəsizliyinin
pozulması (hər hansı başqa şəxsin İstifadəçinin qeydiyyat məlumatlarından
istifadə edərək Xidmətlərimizdən yararlanmasına şərait yaratmaq kimi),
kompyuter şəbəkəsinin təhlükəsizliyini pozacaq hərəkətlərin edilməsi və ya şifrələrin
və ya təhlükəsizlik şifrələmə kodlarının sındırılması.
d)
Xidmətlər üçün Mail-list,
Listserv, və ya digər avtocavablandırıcı və ya “Spam”-lardan istifadə və ya
Xidmətlərin normal işləməsinə müdaxilə edilməsi (Xidmətlərin infrastrukturuna həddindən
artıq yüklənərək daxil olmaqla).
e)
“Crawl”, “Scrape”, və ya “Spider”
kimi üsullardan istifadə edilməsi və ya Xidmətlərin və ya Məzmunun tamamının və
ya bir hissəsinin toplanılması.
f)
Məzmunun hər hansı bir hissəsini
çoxaldılması və/və ya saxlanılması.
g)
Push30-a aid olan mənbə kodunu və
ya əsas ideyalarını və ya verilənlərini toplayır, köçürür və ya başqa üsullarla
əldə etməyə cəhd edir.
22)
Push30 aşağıdakılar baş verdiyi təqdirdə
İstifadəçinin Şəxsi Hesabını müvəqqəti və/və ya daimi əsaslarla birtərəfli
qaydada bağlaya bilər:
a)
Bu Şərtlər və Qaydaların pozulması;
b)
İstifadəçinin İdman Xidmətlərindən
istifadəsi ilə bağlı İdman Klubundan və ya digər şəxslərdən 3 (üç) ədəd əsaslı
şikayətlərin alınması;
c)
İstifadəçi tərəfindən mobil tətbiqdə
qeydiyyatdan keçərkən öz ad və soyadından istifadə etməməsi aşkar olunarsa;
d)
İstifadəçi ilə Korporativ Abunəçi
arasında əmək münasibətlərinin olmaması;
e)
Korporativ Abunəçi ilə Push30
arasında bağlanmış müqaviləyə xitam verilməsi;.
f)
İstifadəçi rəsmi iş yerindən
ayrıldığı zaman Şirkətə yazılı şəkildə məlumat verməməsi;
g)
İstifadəçi Təsil Müəssəsindən
xaric edildikdə və ya məzun olduqda;
h)
Bu Şərtlər və qaydalarda göstərilən
digər hallarda.
23)
Şərtlər və Qaydaların 19-ci maddəsində
əsaslı şikayət dedikdə aşağıdakılar nəzərdə tutulur:
a)
İstifadəçinin İdman Klublarında
olan digər İstifadəçilər və İdman Klubunun digər üzvlərinə fiziki zorakılıq və
ya fiziki zorakılığa cəhd göstərmək.
b)
İdman Klubu daxilində olan intizam
və etik davranış qaydalarının pozmaq.
c)
İstifadəçilər və İdman Klubunun
üzvlərinə qısnama xarakterli atmacalar atmaq.
d)
İstifadəçinin kəskin yoluxucu xəstəliklərə
yoluxduğunu bilərək İdman Klubuna daxil olması.
e)
Digər İstifadəçilərin və İdman
Klubunun üzvlərinin avadanlıqlardan istifadə etməsini istisna edə biləcək və ya
çəkindirəcək səviyyədə sanitariya və gigiyena qaydalarının pozulması.
f)
Dəfələrlə avadanlıqlardan təyinatına
uyğun olmayan qaydada istifadə edilməsi.
g)
İdman Klubu daxilində təhlükəsizlik
qaydalarına etinasız münasibətin göstərilməsi.
h)
İdman Klubunun xidmətlərindən
istifadə edərkən ağırlıq dərəcəsindən asılı olmayaraq Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayət və inzibati xətaların
törədilməsi.
24)
İstifadəçilər bu Şərtlər və
Qaydaların 22-ci maddəsinin tələblərini pozduğu təqdirdə Hesab Push30 tərəfindən
birtərəfli qaydada bağlanarsa ödənişlərin geri qaytarılması aşağıdakı qaydada
aparılır. Etibarlılıq müddəti 6 (altı) aydan az olan abunəlik planı üçün ödənişlər
geri qaytarılmır:
a)
İstifadəçinin ödənişi 12 aya bölünərək
İstifadəçiyə uyğun aylıq ödəniş qiyməti hesablanır. İllik Abunəlik planın
istifadə olunmamış müddəti (ayları) aylıq ödəniş qiymətinə vurulur.
b)
Hesablanan məbləğə 50% dəyərində
geri qaytarılma cəriməsi, 20% dəyərində isə öhdəliklərin pozulması cəriməsi tətbiq
olunur.
25)
İstifadəçilər bu Şərtlər və
Qaydaların 19-cu maddəsinin tələblərini pozduğu təqdirdə Push30-un işgüzar
nüfuzuna zərər dəyərsə, Push30 qarşısında tam maddi məsuliyyət daşıyırlar.
Əqli Mülkiyyət
26)
İstifadəçilər razılaşır ki, Push30
Xidmətlər və əlaqəli hər şey (Mobil Tətbiq, Məzmun və sairə) üzərində müstəsna
hüquqlara sahibdir. Siz Xidmətlərə əsaslanaraq və ya Xidmətləri hər hansı bir
formada dəyişdirə, yenidən yarada, paylaşa, ötürə və ya ötürülməsi və ya
satışında iştirak edə bilməzsiniz. Push30 beləliklə Sizə şəxsi, məhdud, geri
alına bilən, başqasına ötürülə bilməyən istifadə lisenziyası verir. Siz Xidmətləri
və Mobil Tətbiqi yalnız şəxsi və qeyri-kommersiya məqsədlər üçün istifadə etməlisiniz.
Push30 Sizə açıq şəkildə verilməyən bütün hüquqları özündə saxlayır
27)
Xidmətlər ilə göstərilən, icra
olunan Məzmuna görə Siz bütün müəlliflik hüquqları bildirişləri, əmtəə nişanı
qaydaları, data qaydaları və məhdudiyyətlərinə riayət edəcəyinizə söz verirsiniz.
Siz Sizə məxus olmayan Məzmunu çoxaltmayacaq, paylaşmayacaq, icra etməyəcək,
lisenziyalaşdırmayacaq, satmayacaq, kommersiyalaşdırmayacaq və ya hər hansı digər
məqsəd üçün i) həmin Məzmunun sahibi tərəfindən əvvəlcədən alınmış razılıq
olmadan və ya ii) başqalarının (həmçinin Push30-un) hüquqlarını pozan hərəkətlər
etməyəcəksiniz.
28)
Siz Xidmətlərdən yalnız şəxsi və
qeyri-kommersiya məqsədli istifadə edə bilərsiniz. Buna riayət etməməyiniz
Hesabınızın bağlanması ilə nəticələnəcəkdir.
Üçüncü Tərəf Təchizatçılar
29)
Sizə üçüncü tərəf tətbiqlər vasitəsilə,
İdman Klubları və/və ya onların personalı tərəfindən, fərdi məşqçilər tərəfindən
göstərilən xidmətlər üçüncü tərəf təchizatçıların xidmətləri kimi müəyyən
olunur və Push30 üçüncü tərəf təchizatçıların xidmətlərininin keyfiyyətinə,
sayına, təhlükəsizliyinə, qanuna uyğunluğuna və sairə məsələlərə görə məsuliyyət
daşımır.
30)
Bizim Üçüncü Tərəf Tətbiqlərə
keçidlərimiz (məsələn ödəniş şlyuzu provayderi), Planlaşdırılmış Tədbir, Fərdi
Məşqlər və ya digər onlayn məzmun Sizə heç bir kommersiya və ya tanıtım məqsədli
isitifadə hüquqları vermir və müəlliflik hüquqları sahibinin hüquqlarının
verilməsi və ya imtinası deyildir.
31)
Push30 İdman Klubları tərəfindən
göstərilən İdman Xidmətlərinin keyfiyyətinə, təhlükəsizliyinə və onların Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğunluğuna görə məsuliyyət daşımır. İstifadəçilər
həmin xidmətlərin istifadəsi ilə bağlı
riskləri öz üzərinə götürürlər.
32)
İstifadəçilər razılaşırlar ki,
Üçüncü Tərəf Təchizatçılar tərəfindən göstərilən bütün xidmətlərə görə
bağlanmış müvafiq müqaviləyə (şifahi və/və ya yazılı) uyğun hərəkət edəcəklər.
Push30 Üçüncü Tərəf Təchizatçılar üçün yalnız vasitəçi olaraq fəaliyyət göstərir.
Üçüncü Tərəf Təchizatçılar öz məzmunlarına, zəmanətlərinə və xidmətlərin icrası
ilə bağlı bütün iddialara görə təklikdə məsuliyyət daşıyırlar.
33)
Push30 heç bir halda İdman
Klubları, İstifadəçilər və ya hər hansı üçüncü tərəf qarşısında Xidmətlərdən və
İdman Xidmətlərindən istifadə edilməsi ilə bağlı yarana biləcək hər hansı
dolayı və ya təsadüfi zərərlərə görə məsuliyyət daşımır.
34)
Siz razılaşırsınız ki, İdman
Klubları, bununla məhdudlaşmayaraq onlayn təlimatçılar, işçi heyəti, fərdi məşqçilər
tərəfindən təqdim olunan İdman Xidmətlərinə görə hörmətlə yanaşacaqsınız. Siz
razılaşırsınız ki, İdman Klublarının işçilərini işə götürmək, tələb etmək və ya
müvafiq qanunvericiliyə əsasən icazə verilən işə qəbul üçün hər hansı şəkildə əlaqə
saxlamaq üçün bizim Xidmətlərimizdən və vebsaytımızda və ya tətbiqimizdə təklif
olunan məlumatlardan istifadə etməyəcəksiniz.
Ödəniş Şərtləri
35)
Xidmətlərin təqdim olunması əvəzi
olaraq, İstifadəçilər seçdikləri Abunəlik Planına uyğun olan ödənişini Push30-a
https://push30.az veb-saytı və ya Mobil Tətbiq
vasitəsilə ödəyəcəkdir. Abunəlik planları haqqında daha çox öyrənmək üçün zəhmət
olmasa Mobil Tətbiqə nəzər yetirin.
36)
Bütün ödənişlər üçüncü tərəf tətbiqlər
tərəfindən icra olunur (Ödəniş Şlyuzları “Kapital Bank” ASC, Yığım Ödəniş
Sistemi və ödəniş terminalları (köşkləri) olan E-Manat, Milliön və sairə).
Push30 a) ödəniş tarixi, b) bank kartının birinci 6 və sonuncu 4 rəqəmləri
istisna olmaqla İstifadəçi tərəfindən olunan ödənişlər barədə heç bir məlumatı
saxlamır və yığmır.
37)
Abunəlik planları üçün ödənişlər
İstifadəçi tərəfindən həyata keçirilərsə növbəti ay və/və ya il üçün abunəlik planı ödənişi avtomatik qaydada
İstifadəçinin bank hesabından çıxılır və abunəlik planı yenilənir
38)
İstifadəçilərin abunəlik planları üçün ödənişlər Korporativ
Abunəçi tərəfindən həyata keçirilərsə Ödənişin növbəti ay və ya il üçün avtomatik olaraq hesabdan çıxılması şərtləri
və abunə planıın yenilənməsi Şirkət və Korporativ Abunəçi arasında olan müqavilə
ilə tənzimlənir.
Taksitlə ödəniş şərtləri
39)
Taksitli ödəniş dedikdə abunəlik
paketinin dəyərinin mümkün bərabər hissələrə bölünərək ödənilməsi nəzərdə
tutulur. Taksit vasitəsi ilə ödəniş 3 (üç) ay; 6 (altı) ay; 9 (doqquz) ay müddətinə
ödənilmə müddətlərindən biri seçilərək icra olunur. Bunlardan birini seçməkdə
İstifadəçi sərbəstdir.
40)
İstifadəçi taksit vasitəsi ilə ödəniş
edərkən əldə etdiyi paketin ümumi (bütün) dəyəri onun bank kartından
(hesabından) çıxılır, daha sonra İstifadəçinin əldə etdiyi həmin paketin ümumi
dəyəri taksit vasitəsi ilə ödəniş etmək istədiyi aylara (həmin ay saylardan
asılı olaraq) bölünərək həmin aylarda proporsional qaydada taksit kartını əldə
etdiyi Banka ödənilir. Taksitlə ödəniş şərtləri yalnız Standard və Plus İllik abunə paketləri
üçün İstifadəçilərə təklif olunur.
41)
İllik abunə paketinin dəyəri mobil
tətbiqdə və/və ya veb-saytda (www.push30.az ) ictimai oferta (ictimati təklif)
ilə müəyyən edilir.
42)
Taksitli ödəniş İllik abunə
haqqları Korporativ abunəçi tərəfindən ödənilən və sponsor olunan İstifadəçilər
üçün ödəniş qaydalarına tətbiq edilmir.
43)
İstifadəçi illik abunə paketlərinin
alışı zamanı taksitlə ödəniş etmək funksionallığını seçərsə ödəniş şərtləri
aşağıdakı qaydada olur:
a)
İstifadəçi mobil tətbiq və ya
veb-sayt vasitəsilə hesabına daxil olaraq təklif olunan illik abunə paketlərindən
birini seçir.
b)
İstifadəçi illik abunəlik
planlarından biri seçdikdən sonra “Hissəli ödəniş”-i seçir. Daha sonra aşağıda
açılan pəncərədə hansı Bankda olan taksit kartı vasitəsi ilə ödəniş edəcəyini
müəyyən edir.
c) İstifadəçi müvafiq bankı seçdikdən sonra ödəniş etmək istədiyi Bank kartı vasitəsi ilə hesablanmış məbləği seçilmiş taksitli ödənişə uyğun olaraq ödəyir.
44)
45)
İstifadəçilər illik abunəlik
paketlərini Kapital Bank (Birbank), Unibank KB (UCard və Leobank) vasitəsi ilə
taksit şərtləri ilə əldə edə bilərlər.
46)
İstifadəçilərin taksit vasitəsi ilə
əldə etdiyi paketlərin dəyəri İstifadə şərti və qaydaları və Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən geri qaytarılmalı olarsa, bu zaman İstifadəçi taksit
ödənişini icra etdiyi banka ödənişləri icra etməyə davam edir, lakin həmin
paketin qaytarılan hissəsi Push30 tərəfinən İstifadəçiyə qaytarılır.
Plus və Premium Abunəlik Paketinə aid
olan İdman Klubları üçün Rezervasiya Sistemi və Qaydaları
48)
Plus və Premium Abunəlik Paketlərinə
aid olan İdman Klublarında sıxlığın qarşısının alınması üçün müvafiq paketə
sahib İstifadəçilər aşağıdakı qaydada İdman Klubuna getməzdən öncə istədikləri
vaxtı seçməli və rezervasiya etməlidirlər.
49)
Rezervasiya etmək üçün İstifadəçi
müvafiq link-ə daxil olaraq istədiyi vaxtı
və tarixi seçir. Rezervasiya üçün İstifadəçilər ad, soyad, email ünvanı və
telefon nömrələrini müvafiq xanalara daxil etməlidirlər.
50)
Rezervasiya təsdiq olunan zaman İstifadəçi
rezervasiyasının təsdiqi barədə elektron məktubu daxil etdikləri email ünvanına
qəbul edəcəkdir.
51)
İstifadəçilər Rezervasiyanı ən azı
24 (iyirmi dörd) saat əvvəl etməlidirlər. Əks təqdirdə Rezervasiya etmək mümkün
olmayacaqdır.
52)
Rezervasiya vaxtları saatlıq
olaraq göstəriləcəkdir. (Məs. 19:00, 10:00 və sairə)
53)
Əgər İstifadəçi Rezervasiya etdikdən
sonra İdman Klubuna getmədikdə və/və ya müvafiq qaydada sessiyada iştirak etmədikdə
xəbərdarlıq alacaqdır. Xəbərdarlıq sayı maksimum 2 (iki) ədəd ola bilər.
54)
İstifadəçi 2 ədəd Xəbərdarlıq
aldıqdan sonra 3-cü dəfə Rezervasiya etdikdən sonra sessiyada iştirak etməzsə həmin
İstifadəçi cari ayın sonuna qədər Rezervasiya Xidmətlərindən istifadə edə bilməyəcəkdir.
55)
İstifadəçi gün ərzində yalnız 1
(bir) dəfə olmaqla Rezervasiyadan öncə istənilən vaxt hər hansı bir xəbərdarlıq
almadan Rezervasiyanı ləğv edə bilər.
“Pilates Life” idman klubunun hər iki
filialında rezervasiya üçün xüsusi şərtlər:
56)
1 Aprel 2023-cü il tarixindən
etibarən “Pilates Life” İdman Klubun hər üçünvanında (filialında) İstifadəçilər
əgər ay ərzində Rezervasiya etdikdən sonra 1 (bir) dəfə sessiyada iştirak etməzlərsə,
növbəti 30 (otuz) təqvim günü “Pilates Life” İdman Klubunun hər üçünvanında
(filialında) İdman Xidmətlərindən müvafiq Abunəlik Paketi daxilində istifadə edə
bilməyəcəklər.
Dərslərdən ibarət xidmətlərdən istifadə qaydası
57)
İstifadəçilər dərslər formasında təqdim
edilən idman xidmətlərdən (bunlarla məhdudlaşmayaraq - rəqs, pilates, yoga, rəqs,
özünümüdafiə məşqləri) ay ərzində 12 dəfə istifadə edə bilər, o cümlədən dərslərdən
istifadə üçün ay ərzində cəmi 12 giriş edə bilər.
Ailə-üzvləri Push30 Xidmətlərindən necə
istifadə edə bilər?
58)
Əgər Push30 və Korporativ Abunəçi
arasında olan müqavilədə nəzərdə tutulmuşdursa, İstifadəçinin maksimum 5 (beş)
nəfər birinci dərəcəli ailə üzvləri (bacı-qardaş, valideynlər və 18 yaşı tamam
olmuş övladlar) İstifadəçi kimi
qeydiyyatdan keçə bilər və ödənişləri birbaşa Push30-un hesabına ödəməklə İdman
Xidmətlərindən yararlana bilər. Ailə üzvünün tələblərə uyğunluğunu sübut etmək
İstifadəçinin öhdəliyindədir.
59)
Əgər İstifadəçi tələbədirsə
yuxarıdakı bənddəki şərtlər həmin İstifadəçiyə münasibətdə tətbiq edilmir.
Xidmətlərimizdən İstifadə
60)
Push30 əvvəlcədən
razılaşdırılmamış və İstifadəçilərə bəyan olunmamış xidmətlərin İdman Klubları
tərəfindən icrası, icra olunmaması və ya qeyri-məqbul icra olunmasına görə heç
bir məsuliyyət daşımır
İstifadəçilər tərəfindən İstifadəçi Hesabının yeni telefona
köçürülmə qaydaları:
61)
İstifadəçilər Mobil Tətbiqetməni şəxsi
telefonlarına yüklədikdən sonra müvafiq qaydada həmin telefon onlar üçün əsas
hesabın bağlandığı vasitə (bundan sonra “Əsas Vasitə”) olacaqdır.
62)
Əgər İstifadəçi müxtəlif səbəblərdən
şəxsi telefonunu dəyişərsə və müvafiq olaraq Mobil Tətbiqetməni yeni telefona yüklədikdə
həmin telefonun Mobil Tətbiqetmə üçün Əsas Vasitə olaraq dəyişdirilməsi üçün
Müştəri Xidmətlərinə müraciət etməlidir.
63)
İstifadəçilər ilk dəfə Əsas vasitənin
dəyişdirilməsindən növbəti 30 (otuz) təqvim günü ərzində (Mobil Tətbiqetmənin
yeni telefona əsas vasitə olaraq köçürdüyü tarixdən hesablanmaqla) 1 (bir) dəfə dəyişdirilməsi üçün Müştəri Xidmətlərinə
müraciət edə bilər.
64)
İstifadəçilər ilk dəfə vasitənin dəyişdirilməsindən
növbəti 60 (altmış) təqvim günü ərzində (Mobil Tətbiqetmənin yeni telefona əsas
vasitə olaraq köçürdüyü tarixdən hesablanmaqla)
3 (üç) dəfə dəyişdirilməsi üçün Müştəri Xidmətlərinə müraciət edə bilər.
65)
Abunəlik paketinin müddəti bitdikdə
(Abunəlik paketinin yenilənməsi istisna olmaqla) yuxarıdakı maddələrdə göstərilən
müddətlər sıfırlanacaqdır.
Abunə
paketlərinin geri qaytarılması və ləğvi siyasəti
66)
Ödənişin Geri Qaytarılması və Abunəlik
Paketinin Ləğv Etmə Siyasəti
67)
Siz yalnız qüvvədə olan abunəlik
planının müddəti bitdikdən sonra digər plana keçmək hüququna malik olacaqsınız.
68)
Bütün icra olunmuş ödənişlər
sondur və İstifadəçinin istifadə qabiliyyətindən asılı olmayaraq abunəlik
planları hər hansı bir müddətə dondurula bilməz.
69) İstifadəçi mobil tətbiq vasitəsi ilə Abunəlik Paketinin avtomatik yenilənməsini
dayandıra bilər və ya yazılı qaydada Push30-a müraciət edə bilər. Müraciətlər support@p30.az mail ünvanı vasitəsi ilə həyata
keçirilir.
70)
Aşağıdakı hallarda Xidmətlərimiz
üçün ödənişlər geri qaytarılmır
a)
İstifadəçi artıq abunəlik planından
istifadə etmiş və Xidmətlərimizdən yararlanmışdır.
b)
Ödəniş 14 (on dörd) gün müddətindən
artıq müddətdə qəbul edilərək icra olunmuşdur.
71)
İstifadəçilər İdman Klubunda hansı
Sessiyada iştirak etmək istəsələr onu
seçməkdə sərbəstdirlər. Push30 çoxsaylı İdman Klublarına girişin təmin
edilməsi üçün öz xidmətlərini təklif edir. Onun İdman Klublarından hər hansı
biri ilə Müqaviləsinə xitam verilməsi isə mövcud şəraitə əhəmiyyətli dəyişiklik
yaratmayacaqdır.
72)
Zəhmət olmasa, geri qaytarma və ya
ləğvetmə sorğuları üçün Müştəri Xidmətimizlə (support@p30.az ) əlaqə saxlayın
73)
İstifadəçilər hər hansı İdman
Klubunun Sessiyasında iştirak etməyi seçməkdə sərbəstdir. Push30 bir neçə İdman Klublarına girişi təmin edən Xidmətlər təklif
edir. Hər hansı İdman Klubu ilə Push30 arasında olan müqavilənin xitamı şəraitin
əhəmiyyətli dəyişməsi sayıla bilməz.
74)
Zəhmət olmasa, hər hansı ödənişin
geri qaytarılması və ya abunəliyin ləğvi üçün müştəri xidmətlərimizlə (support@push30.az
) əlaqə saxlayasınız.
İllik Abunəlik Planları üçün Ödənişlərin
Geri Qaytarılma Siyasəti
75)
6 (altı) aydan daha az etibarlılıq
müddəti qalmış illik abunəlik planları üçün ödəniş geri qaytarılmır.
76)
Əgər abunəlik planı üçün
etibarlılıq müddəti 6 (altı) aydan çox olarsa,
a)
İstifadəçinin ödənişi 12 aya bölünərək
İstifadəçiyə uyğun aylıq ödəniş qiyməti hesablanır. İllik Abunəlik planın
istifadə olunmamış müddəti (ayları) aylıq ödəniş qiymətinə vurulur.
b)
Hesablanan məbləğə 50% dəyərində
geri qaytarılma cəriməsi tətbiq olunur.
77)
İstifadəçilərin abunəlik planları
üçün Ödənişlər Korporativ Abunəçi tərəfindən həyata keçirilərsə Ödənişin qaytarılma
şərtləri Şirkət və Korporativ Abunəçi arasında olan müqavilə ilə tənzimlənir.
SUİ-İSTİFADƏ HALLARININ
YOLVERİLMƏZLİYİ
78)
İstifadəçilərin özləri tərəfindən
idman xidmətlərindən istifadə edilməsi niyyəti olmadan QR-kod oxutması
sui-istifadə halı (dələduzluq halı) hesab olunur. İstifadəçilər tərəfindən
aşağıda sadalanan və digər sui-istifadə hallarına yol verilməsi Push30 tərəfindən
aşkar edilərsə, dərhal İstifadəçilərə məxsus olan hesab bloklanacaq və İstifadəçinin
əldə etdiyi paketin müddətinin bitməsinə nə qədər vaxt qalmasından asılı
olmayaraq hər hansı ödəniş olunmadan İstifadəçinin paketi ləğv olunacaqdır.
79)
İstifadəçilər tərəfindən icra edilən
və ya yol verilən aşağıdakı hallar sui-istifadə halları sayılır:
- Xidmətlərdən istifadə
zamanı mobil cihazların başqa şəxslərlə paylaşılması və ya cihazın başqa şəxsə
verilməsi;
- İstifadəçi hesabında
yaradılan QR-kod-un ekran şəklinin (screenshot) və ya digər üsullarla
mobil cihazın ekranının paylaşılması;
- Başqa şəxslər tərəfindən
xidmətlərdən istifadə edilməsi üçün istifadəçinin ona məxsus olan QR-kodu
video-zənglə başqa şəxslərlə paylaşması;
- Push30 istifadəçisi
olmayan başqa şəxsin xidmətlərdən istifadə etməsi üçün istifadəçinin ona məxsus
olan QR-kodu oxutması;
- İstifadəçinin idman
zalları ilə qanuna və bu razılaşmaya zidd şəkildə əməkdaşlıq edərək saxta
girişlər etməsi, o cümlədən idman xidmətlərindən istifadə etmək niyyəti
olmadan QR-kodu oxutması;
- İstifadəçinin Push30 tərəfindən
təqdim edilməyən xidmətlərdən istifadə etmək məqsədi ilə Push30 tərəfindən
təqdim edilən xidmətlərin əldə etməsi adı altında QR-kodu oxutması, o cümlədən
QR-kodun pərdələnməsi;
- İstifadəçilərin şəxsən özü tərəfindən
xidmətlərdən istifadə olunmasını istisna edən və bunun nəticəsində Push30-un
zərər uğramasına səbəb olan digər hallar.
Sağlamlıq və Təhlükəsizlik Xəbərdarlıqları
80)
Push30 heç bir sağlamlıq, tibbi və
ya fiziki məşq xidmətləri göstərmir. Veb-saytımız və Mobil Tətbiqimizdə olan
bütün Məzmun ümumi məlumat, maarifləndirmə və əyləncə üçün nəzərdə tutulmuşdur
və professional məsləhət kimi dəyərləndirilməməlidir. Zəhmət olmasa,
sertifikatlaşdırılmış tibb-xidməti təminatçısı ilə Sizin fiziki sağlamlığınız,
qidalanma proqramınız və digər məsələrlə bağlı məsləhətləşin
81)
İstifadəçi Mobil Tətbiqdə olan məşq
təlimatlarını yerinə yetirməzdən öncə öz həkimi və ya tibb mütəxəssisi ilə məsləhətləşməlidir.
Push30 İstifadəçinin Mobil Tətbiq vasitəsilə qəbul etdiyi məlumatın dəqiqliyinə,
etibarlılığına, effektivliyinə və ya düzgün istifadəsinə, və ya məşq
proqramları, məhsulları və tədbirləri səbəbindən İstifadəçinin üzləşə biləcəyi
hər hansı sağlamlıq problemlərinə görə məsuliyyət daşımır.
82)
İstifadəçilər İdman Xidmətlərindən
istifadə edərkən İdman Klublarının daxili qaydalarına, təhlükəsizlik tədbirlərinə
riayyət etməlidirlər.
İSTİFADƏÇİNİN
OLDUĞU YER
83)
İstifadəçilər tərəfindən İdman
Klublarına daxil olmaq üçün QR-kod oxuyucusu skan edilən zaman İstifadəçinin
olduğu yeri ehtiva edən dəqiq lokasiya (precise location) açıq olmalıdır. Əgər
İstifadəçi QR-kod oxuyucusunu skan edən zaman dəqiq lokasiya (precise location)
açıq olmazsa, İstifadəçinin QR-kod oxuyucusunu skan etməsi uğursuzluqla nəticələnəcəkdir.
84)
İstifadəçi əgər dəqiq lokasiyanın
təmin edilməsini həyata keçirə bilməzsə və ya hər hansı texniki problemin
yarandığını bildirərsə, bu zaman Push30 həmin İstifadəçidən Push30-a
“Whatsapp”, “Telegram” vasitəsi ilə canlı (real vaxt rejimində tətbiq olunan)
lokasiyanın (live location) göndərilməsini tələb edə bilər. Həmin lokasiyanın
göndərildiyi mobil nömrə İstifadəçinin Push30 Mobil Tətbiqində qeydiyyatdan
keçmiş nömrə olmalıdır.
Fərdi Məlumatların Qorunması
85)
Fərdi məlumatların təhlükəsizliyi fəaliyyətimizin ən
əhəmiyyətli hissələri biri olduğu üçün fərdi
məlumatların qorunması məqsədi ilə qanunvericiliyə uyğun olaraq mümkün olan
bütün təhlükəsizlik tədbirlərini həyata
keçirilir.
86)
İstifadəçilər razılaşır və icazə
verir ki, Xidmətlərimizin keyfiyyətini artırmaq üçün, onlara məxsus olan fərdi
və digər məlumatlarını marketing, məlumatların analitikası məqsədləri üçün
istifadə edilsin.
87)
Fərdi məlumatlar üçüncü tərəfə ötürülmür və satılmır.
88)
Məxfilik Siyasətinə daxil olaraq məlumatları
necə istifadə etməyimiz, saxlamağımız və qorumağımız barəsində daha çox öyrənə
bilərsiniz.
Məxfilik
89)
Tərəflər təsdiq edir ki, bu
Müqavilənin mövcudluğu və onun şərtləri və Müqavilənin hazırlanması və icrası
ilə bağlı tərəflər arasında mübadilə olunan istənilən şifahi və ya yazılı məlumatlar
məxfi məlumat hesab olunur. Hər bir Tərəf aşağıdakılar istisna olmaqla bütün
belə məxfi məlumatların gizliliyini qorumalı və qarşı Tərəfin yazılı razılığı
olmadan belə məxfi məlumatları üçüncü tərəflərə açıqlamamalıdır: (a) məlumat
ictimaiyyət üçün açıqdır və ya açıq olacaqdır (alan tərəfin məlumatları
qanunsuz olaraq açıqladığı hal istisna olmaqla); (b) məlumatların mövcud
qanunlara və ya göstərişlərə uyğun olaraq, və ya məhkəmə və digər dövlət orqanının
qərarı ilə açıqlanması mütləq tələb olunur; və ya (c) Tərəfin hər hansı birindən
bu Müqavilə üzrə edilən hər hansı əməliyyatlarla bağlı olan belə məlumatları səhmdarlarına,
investorlarına, hüquqşünaslarına və ya maliyyə məsləhətçilərinə açıqlanması tələb
olunur bir şərtlə ki, belə səhmdarlar, investorlar, hüquqşünaslar və ya maliyyə
məsləhətçiləri bu maddədə göstərilən məxfilik öhdəliklərini daşımış olsun. Hər
hansı məxfi məlumatın heyət üzvləri və ya Tərəflərin cəlb etmiş olduğu hər
hansı agentliklər tərəfindən açıqlanması həmin Tərəfin həmin məlumatları
açıqlaması hesab olunur və buna görə həmin Tərəf Müqaviləni pozduğunda görə məsuliyyətə
cəlb olunur. Bu maddə Müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalır.
Fors Major
90)
Bu Müqavilə üzrə öhdəliklərin
yerinə yetirilməsi fors major hallarından biri üçün mümkün olmazsa, öhdəliklərini
yerinə yetirməyən Tərəf məsuliyyət daşımır. Bu cür üzrlü gecikmə yaranarsa, bu
cür öhdəliklərin icra müddəti gecikmə nəticəsində itirilən vaxta bərabər müddətə
uzadılır. Bu müddəaya istinad edən Tərəf fors major halı yarandıqdan sonra
praktiki cəhətdən mümkün qədər tez (a) qarşı Tərəfə fors major halının
xarakteri və miqyası barədə yazılı bildiriş verir və (b) istənilən belə səbəbləri
aradan qaldırmaq və mümkün qədər tez Müqavilə üzrə öhdəliklərinin icrasını bərpa
etmək üçün kommersiya baxımından ağlabatan səylər göstərir.
91)
Fors major hallara müharibələr və
ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər,
digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin bu Şərtlər və
Qaydaların şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər
aid edilir.
92)
Tibbi, ailəvi problemlər və
İstifadəçi ilə əlaqədar digər hallar fors major hesab olunmur.
Mübahisələrin həlli
93)
Bu Şərtlər və Qaydalar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
94)
Bu Şərtlər və Qaydalardan irəli gələn
istənilən mübahisə Tərəflərin qarşılıqlı razılaşması əsasında həll edilir. Əgər
Tərəflər qarşılıqlı razılaşma əsasında hər hansı mübahisəni həll olunmazsa, belə
mübahisə(lər) Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək.
Digər Şərtlər
95)
Bu Şərtlər və Qaydalar predmeti
üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi
və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.
96)
Bu Şərtlər və Qaydaların hər hansı
müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa
lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və
Qaydaların digər müddəaları tam qüvvədə
qalacaq.