• Push30 nədir?
Push30 sağlamlıq və idman sahəsində korporativ imtiyazlar platformasıdır. Müştərilərimizə geniş fitnes mərkəzləri şəbəkəsindən faydalanmaq, müxtəlif tədbir və turnirlərdə iştirak etmək, fitnes ilə bağlı çoxsaylı videolardan zövq almaq imkanı təqdim edirik.
  • Push30-un üstünlükləri nələrdir?
Şəhər ərazisində 150-dən artıq fitnes mərkəzindən istifadə etmək imkanı, bütün idman mərkəzlərinə məhdudiyyətsiz giriş və bir çox fərqli xidmətlər, müxtəlif fitnes tədbirlərində iştirak imkanı, videolar və Tərəfdaş mağazalarda endirimlər.
  • Push30-un iş prinsipi necədir?
Push30 hazırda korporativ müştərilər və tələbələr üçün xidmət göstərir.Yalnız şirkət Push30 ilə müqavilə bağladıqdan sonra əməkdaşları xidmətdən istifadəyə başlaya bilərlər.İstifadəçi ilkin olaraq qeydiyyat prosesini tamamlamalıdır.Sonra isə istədiyi abunəliyi seçərək ödəniş etməlidir. Bundan sonra abunəlik aktiv hala gəlir. Tələbə abunəliyi əldə etmək istəyən tələbələr isə ilk öncə push30.az saytında yer alan qeydiyyat formasını doldurmalıdırlar. (Forma keçid üçün abunə ol düyməsinə sıxmağınız kifayətdir) İstifadəçi bundan sonra mobil tətbiqi endirib, nömrəsini daxil etdikdən sonra tətbiqdəki QR kod vasitəsi ilə paketinə uyğun mərkəzlərdən istifadəyə başlaya bilər.
  • Push30-a necə abunə ola bilərəm?
Əvvəl şirkətiniz Push30 ilə müqavilə imzalamalıdır.Şirkətiniz artıq Push30 ilə əməkdaşlıq edirsə, mobil tətbiqdə yerləşən 'profil' hissəsinə daxil olaraq abunəlik əldə edə bilərsiniz.Tələbə abunəliyi əldə etmək istəyən tələbələr isə ilk öncə push30.az saytında yerləşən qeydiyyat formunu doldurmalıdırlar.
  • Abunəlik müddəti nə qədərdir?
Abunəlik ödəniş edilən andan etibarən başlayır və növbəti 30 gün ərzində davam edir.
  • Push30 mobil tətbiqini necə endirə bilərəm?
Proqramı Apple Store,Play Store və Huawei app Gallery-dən endirə bilərsiniz.
  • Push30-da hansı planlar mövcuddur?
Hazırda Push30 müştərilər üçün 4 plan təklif edir: 'Tələbə', 'Standard', 'Plus' və 'Premium'.
  • Abunəliklər nə ilə fərqlənir?
İdman mərkəzlərində olan xidmətlərin çeşidliliyi və qiymətləri baxımından 'Tələbə', 'Standard', 'Plus' və 'Premium' abunəliklər tərtib edilmişdir. Hər bir abunəlikdə yüksək səviyyəli idman mərkəzləri yer almaqdadır.
  • Abunəlik planımı dəyişə bilərəm?
Əvvəlcə mövcud abunəliyinizi bitirməlisiniz. Abunəliyiniz növbəti yeniləmə tarixində bitəcəkdir. Abunəliyiniz istifadə müddəti bitdikdən sonra başqa bir yeni abunəlik seçə bilərsiniz.
  • Push30 abunəliyi üçün necə ödəniş edə bilərəm?
Sizin üçün şirkət ödəniş edirsə, Push30 şirkətinizə elektron qaimə yollayacaqdır.Əgər siz ödənişi özünüz edirsinizsə, siz profilinizdən bank kartınızı əlavə edərək ödəniş edə bilərsiniz.Siz həmdə abunəlik ödənişinizi terminallar vasitəsi ilə ödəyə bilərsiniz. 1) Terminallar şəbəkəsi: Kassam ExpressPay KapitalBank MilliÖn eManat 2) Sayt üzərindən: ExpressPay Veb ePul Veb Portmanat Veb MilliÖn Veb eManat Veb 3) Mobil tətbiqlər: ExpressPay Mobile Pasha Mobile ABB Mobile Rabitəbank Mobile ePul Mobile Portmanat Mobile CIB Mobil tətbiq MilliÖn Mobile Mpay Mobile
  • Yeniləmə tarixində abunə haqqını ödəməsəm nə baş verəcək?
Yeniləmə tarixində abunə haqqını ödəməsəniz, abunəliyiniz dayandırılacaq. Dayandırıldıqdan sonra yeni bir plan seçərək yeni bir abunəliyə başlaya bilərsiniz.
  • Fitnes mərkəzlərinə necə daxil ola bilərəm?
Push30 tətbiqində mövcud olan QR kodu təqdim etməlisiniz. QR kod skan edildikdən və şəxsiyyət vəsiqəsi yoxlandıqdan sonra siz mərkəzə daxil olacaqsınız. Əgər tələbəsinizsə əlavə olaarq tələbə vəsiqəsini göstərməyiniz kifayət edəcəkdir.
  • Bir hesabdan bir neçə insan istifadə edə bilərmi?
Xeyr, 1 abunəlik yalnız 1 istifadəçi üçün nəzərdə tutulur. Telefonunuzdan tətbiqə daxil olduqdan sonra hesabınız yalnız həmin telefona bağlı olacaqdır.
  • Hər hansı istifadə məhdudiyyəti mövcuddurmu?
Yeganə məhdudiyyət gündə maksimum 2 dəfə giriş, QR kodun fitnes mərkəzlərində skan edilməsi arasında 5 saat fərqin olması tələbidir. Bu məhdudiyyətlər saxtakarlıq hallarının qarşısının alınması üçün nəzərdə tutulub. Bunun xaricində giriş məhdudiyyəti yoxdur.
  • Eyni ayda müxtəlif idman mərkəzlərindən istifadə edə bilərəm?
Hər dəfə məşq edəndə fərqli fitnes mərkəzindən istifadə edə bilərsiniz.
  • "Premium" planım varsa, həmçinin "Plus" "Standard" və "Tələbə" plana daxil olan fitnes mərkəzlərindən istifadə edə bilərəm?
Bəli,"Premium" abunəlik üzvləri şəbəkəmizə daxil olan bütün tərəfdaş idman mərkəzlərindən yararlana bilərlər. Həmçinin bir qayda olaraq daha üst plana sahib istifadəçilər daha aşağı plana aid olan bütün fitnes mərkəzlərindən istifadə edə bilərlər.
  • QR kodu təqdim edə bilmək üçün internet bağlantım olmalıdırmı?
Bəli, QR kod əldə etmək üçün sizə aktiv internet bağlantısı lazım olacaqdır. Mobil internetiniz yoxdursa, fitnes mərkəzində Wi-Fi şəbəkəsinə qoşula bilərsiniz.
  • Abunəlik dondurula bilərmi?
Abunəlik dondurma seçimi bu mərhələdə mövcud deyildir, lakin istədiyiniz zaman abunəliyinizi ləğv edə bilərsiniz.
  • İş yerimi dəyişsəm vəya işdən ayrılsam abunəliyim ləğv edilirmi?
Yeni şirkətiniz Push30-la müqavilə bağladıqdan sonra xidmətlərimizdən istifadə etməyə dəvam edə bilərsiniz.
  • Ailə üzvlərim də Push30-dan abunəlik əldə edə bilərlər?
Bəli, hər bir “Standart”, “Plus” və “Premium” istifadəçi 5 birinci dərəcəli (ata, ana, qardaş/bacı, uşaq, həyat yoldaşı) ailə üzvü üçün abunə üçün müraciət edə bilər. Ailə üzvlərinin (18 yaşdan yuxarı) xidmətlərdən istifadəsi ilə bağlı sorğu işçinin korporativ elektron poçtundan support@push30.az elektron ünvanına göndərilməli və elektron poçtda aşağıdakılar qeyd edilməlidir: 1) Mobil nömrə və e-poçt ünvanı 2) Şəxsiyyət vəsiqəsi (hər iki şəxsin) / (ər-arvad olduqda - nikah haqqında şəhadətnamə) 3) Qohumluq dərəcəsi (ata, ana, həyat yoldaşı, bacı, qardaş, uşaq)
  • Aktiv planı necə ləğv edə bilərəm?
Əgər növbəti yenilənmə tarixində abunəliyin yenidən aktiv olunmasını istəmirsinizsə ‘Abunəliyi bitir’ düyməsinə sıxmağınız kifayətdir. Düyməni sıxmağınız hazırda dəvam edən plana heç bir təsir etməyəcəkdir.
  • Tələbə abunəlik əldə etmək üçün hansı addımlar atılmalıdır?
Tələbə abunəliyi əldə etmək istəyən tələbələr isə ilk öncə push30.az saytında yerləşən qeydiyyat formunu doldurmalıdırlar. Daha sonra Push30 tərəfindən sizə qeydiyyatın təsdiq olunması ilə əlaqədar olaraq email göndəriləcəkdir. Növbəti addım olaraq siz mobil tətbiqi yükləyərək tələbə abunəlik əldə edə bilərsiniz
  • Tələbə abunəlik əldə etmək üçün hansı addımlar atılmalıdır?
Tələbə abunəliyi əldə etmək istəyən tələbələr isə ilk öncə push30.az saytında yerləşən qeydiyyat formunu doldurmalıdırlar. Daha sonra Push30 tərəfindən sizə qeydiyyatın təsdiq olunması ilə əlaqədar olaraq email göndəriləcəkdir. Növbəti addım olaraq siz mobil tətbiqi yükləyərək tələbə abunəlik əldə edə bilərsiniz
  • Tələbə abunəlik əldə etmək üçün hər hansı yaş həddi varmı?
Yalnız 17 yaşı tamam olmuş tələbələr bu abunəlik planını əldə edə bilərlər.
  • Tələbə abunəliyim varsa ailə üzvlərim də Push30-dan abunəlik əldə edə bilərlər?
Xeyr. Təəsüf ki yalnız korporativ abunələrin ailə üzvlərinin abunəlik əldə etməsi nəzərdə tutulmuşdur.
  • Xarici universitetdə təhsil alıramsa Tələbə abunəliyindən yararlana bilərəm?
Bəli. Bunun üçün bizə tələbə olduğunuzu təsdiq edən sənədi(kart vəya bilet) təqdim etməlisiniz. Həmçinin fitnes mərkəzlərinə girişlər zamanı bu kart sizdən tələb ediləcəkdir.
  • Bəzi fitnes mərkəzlərinin profil hissəsində yer alan rezerv et düyməsi nə üçündür?
Bəzi Fitnes mərkəzlərdə sıxlığın qarşısının alınması üçün müvafiq paketə sahib istifadəçilər İdman Klubuna getməzdən öncə istədikləri vaxtı seçməli və rezervasiya etməlidirlər. Bu mərkəzlərin profil hissəsində 'rezerv et' düyməsi yer almaqdadır.

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)
Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)