Məxfilik Siyasəti

1. Ümumi məlumat

1.1. “Push30” MMC (bundan sonra “*Push30*”) əməkdaşlıq etdiyi idman klubları, korporativ abunəçilər və istifadəçilərə (bundan sonra hər üçü birlikdə “*tərəfdaş*”) məxsus fərdi məlumatları əldə edir və emalını həyata keçirir. Bu Məxfilik Siyasəti (bundan sonra “*siyasət*”) həmin fərdi məlumatların əhatəsini, əldə edilmə məqsədlərini, istifadə əsaslarını, tərəfdaşların hüquqlarını və digər əlaqəli məsələləri özündə təsbit edir.

1.2. Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayı şəkildə müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur.

1.3. Fərdi məlumatların emalı dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.

1.4. Push30 tərəfdaşlarla bağlı bütün məlumatları idarə edən yeganə informasiya idarəedicisidir. Push30 informasiyasının necə, nə üçün və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, xidmətlərin kompleks formada göstərilməsi məqsədilə həmin məlumatları informasiya ehtiyatında saxlayır və təhlükəsizlik baxımından mühafizə edir.

1.5. Tərəfdaşların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən fərdi məlumatların Push30-a aid informasiya ehtiyatından silinməsini tələb etmək hüququ vardır.


2. Push30 haqqında

2.1. Push30 tərəfdaşlarına öz mülkiyyəti olan mobil tətbiqlər vasitəsilə idman klublarından istifadənin asanlaşdırılması üçün vasitəçilik xidmətlərini (bundan sonra “*xidmətlər*”) təqdim edir.

2.2. Bu xidmətlərin icrası idman klublarını seçmək və giriş almaq imkanı verən bir sıra funksiyalara malik, IOS və Android platformalarında işləyən mobil tətbiq vasitəsilə həyata keçirilir.


3. Fərdi məlumatların emal edilmə prinsipləri və Məxfilik Siyasətinə razılıq

3.1. Tərəfdaşlar qeydiyyatdan keçərkən elektron qaydada təsdiq ilə Məxfilik Siyasətini qəbul edir və bununla Push30 tərəfindən xidmətlərin təqdim olunması, zəruri məlumatların yığılması və emal edilməsinə razılıq verir.

3.2. Push30 fərdi məlumatların emalını aşağıda göstərilən əsaslarla icra edəcəkdir:

3.2.1. Müəyyən, şəffaf məqsədlərlə və qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə;

3.2.2. Əldə edildiyi məqsədlərlə əlaqəli və həmin məqsədlərlə məhdud istifadə;

3.2.3. Müvafiq qanunvericilikdə təsbit edilən çərçivədə, əldə edilmə məqsədləri ilə müəyyənləşdirilən müddət ərzində istifadə və mühafizə.

 

4. Fərdi məlumatların emal edilməsi məqsədləri

4.1. Push30-un hüquqi öhdəliklərinin hərtərəfli icrası üçün tərəfdaşlara aid fərdi məlumatlardan istifadəyə dair məqsədləri:

4.1.1.    Qüvvədə olan qanunvericilik aktlarının və əlaqəli dövlət orqanlarının tələblərinin təmin edilməsi;

4.1.2.    Elektron hesabların təhlükəsizliyinin təmin edilməsi;

4.1.3.    Mövcud və ehtimal olunan mübahisələrin yaranmasının qarşısının alınması;

4.1.4.    Digər tərəfdaşlar qarşısında öhdəliklərin tam və hərtərəfli icra edilməsi;

4.1.5.    Statistik hesabatların hazırlanması, araşdırma və analizlərin həyata keçirilməsi;

4.1.6.    Push30 tərəfindən təqdim edilən xidmətlər üzrə keyfiyyətin artırılması;

4.1.7.    Daxili yoxlamaların icra edilməsi;

4.1.8.    Push30-un mənafelərinin təmin edilməsi.

4.2. Bundan əlavə, tərəfdaşlar bu siyasət ilə sorğularına cavab verilməsi məqsədilə, xidmətlərlə bağlı və digər əlaqəli yeniliklərin onlara təqdim olunması üçün lazımi məktubların elektron poçt ünvanlarına göndərilməsinə, mobil tətbiq daxilində ünvanlanan bildirişlərə və telefon nömrələrinə zəng edilməsinə razılıq verirlər.

4.3. Bu siyasət Push30 tərəfindən yığılan informasiyalara şamil olunur. Bu zaman tərəfdaşların fərdi məlumatların doğruluğu onların özündən asılıdır və doğruluğuna dair məsuliyyəti özləri daşıyırlar. Yanlış qeyd olunmuş informasiya, o cümlədən elektron poçt ünvanı, Push30-un tərəfdaşları ilə əlaqə yaratmasına mane ola bilər.

4.4. Əgər Push30-un məlumatların yığılmasına dair siyasəti tərəfdaşları qane etmirsə, tərəfdaşlar məlumatların yığılması üçün verdiyi razılıqları geri ala bilərlər. Bu siyasət və siyasət üzrə razılıq, Push30-un məlumatları yığması üçün əsas qanuni bazadır. Tərəfdaşlar həmçinin fərdi məlumatların emal edilməsinə, üçüncü şəxslərə ötürülməsinə, emal edilmənin əvvəlcədən müəyyənləşdirilmiş məqsədlərə uyğun istifadəsinə dair məlumat əldə edə, qüvvədə olan qanunvericiliyə və məqsədlərə zidd şəkildə emal ilə bağlı isə etiraz edə bilərlər. 

4.5. Tərəfdaşlar bilməlidirlər ki, Push30-un mobil tətbiq və veb saytlarından istifadə zamanı onların elektron cihazlarına elektron platformalardan istifadənin təmin edilməsi məqsədilə kukilər yerləşdirirlər. Bu siyasətə razılıq verməklə tərəfdaşlar həmçinin Push30 tərəfindən kukilərin yerləşdirilməsinə də razılıq verirlər.

4.6. Push30 əldə etdiyi fərdi məlumatları sadəcə tətbiqlərdən və xidmətlərdən istifadə ilə bağlı, məhdud müddət ərzində, nəzərdə tutulan məqsədlərə çatmaq üçün saxlayır, həmin müddətlərin başa çatması ilə fərdi məlumatların saxlanmasına əsas olacaq heç bir səbəb qalmadıqda Fərdi Məlumatlar haqqında qanunun 9.4-cü maddəsində nəzərdə tutulan qaydada tərəfdaşlara aid məlumatları məhv edir.

 

5. Məxfilik Siyasətinin əhatə dairəsi

Aşağıda qeyd edilən fərdi məlumatlar Push30 tərəfindən yığılır və emal edilir:

5.1. **Şəxsi məlumatlar** – Xidmətlərdən istifadə edən şəxslərin ad, soyad, cinsiyyət, elektron poçt, telefon nömrəsi kimi məlumatları yığılaraq emal edilir;

5.2. **İdman klublarına giriş-çıxış məlumatları** – Push30 tərəfdaşların təhlükəsizliyi və digər öhdəliklərinin hərtərəfli icrası məqsədilə tərəfdaşların idman klublarından istifadəsi üzrə məlumatları yığır və emal edir;

5.3. **Push30 ilə yazışmalar və danışıq məlumatları** – Xidmət keyfiyyətinin inkişafı, həmçinin şikayətlərin araşdırılması və mübahisələrin aradan qaldırılması məqsədilə Push30 elektron poçt, telefon danışığı və digər vasitələrlə tərəfdaşlarla kommunikasiya üzrə məlumatları yığır və emal edir;

5.4. **Elektron məlumatlar** – Xidmətlərdən, veb-sayt və mobil tətbiqlərdən istifadə zamanı səhifələrə daxil olma ardıcıllığı, istifadə edilən cihaz, həmin cihaza dair daxili məlumatlar, IP adresi, əməliyyat sistemi və brauzer proqramı məlumatları Push30-a məxsus serverdə yadda saxlanılır. Bu məlumatlarla bağlı məhdudlaşdırmaları tərəfdaşlar öz cihazları daxilində tənzimləyə bilərlər.

5.5. **İstifadəçi məlumatları** – Push30 mobil tətbiqlərdə və veb saytda qeydiyyatdan keçən şəxslərin istifadəçi adı, qeydiyyatdan keçmə tarixi və şifrələri haqqında məlumatları təhlükəsizlik məqsədləri ilə toplayır və saxlayır.

5.6. **Hüquqi sənədlər üzrə məlumatlar –** Push30 tərəfdaşların bank rekvizitlərini və digər tələb olunan hüquqi sənədlərdə təsbit edilən məlumatları saxlayır, bu siyasətdə nəzərdə tutulan məqsədlər üçün emal edir.

5.7. Push30 tərəfdaşlarına xidmətlərdən daha tez xəbərdar olmaları üçün bildirişlər göndərə bilər.

5.8. Push30 tərəfdaşlarının fərdi məlumatlarından istifadə etdikdə özünün maraqlarına uyğun davranacaqdır.

5.9. Push30 yığılan məlumatların həssaslığını anlayır və bu səbəbdən məlumatların emalı zamanı konfidensiallığı qorumağa və əməkdaşlıq etdiyi üçüncü şəxslərin bu siyasətdə nəzərdə tutulan qaydalara uyğun davranmalarına nəzarət edir.

5.10. Tərəfdaşların fərdi məlumatlardan istifadə ilə bağlı etirazları olduqda, bunu əsaslandırmaqla Push30-dan məlumatlardan istifadənin dayandırılmasını tələb edə bilərlər.

5.11. Əgər tərəfdaşlar təqdim etdikləri məlumatların səhv olduğunu güman edirsə və ya məlumatlarında dəyişikliklər olarsa, Push30 ilə əlaqə saxlayaraq məlumatlarda düzəliş edə bilərlər. Fərdi məlumatlarda düzəliş etmək üçün tərəfdaşlar support@push30.az elektron poçtuna yaza ([www.push30.az](www.push30.az)) bilərlər.

 

6. Fərdi məlumatların əldə edilməsinin əsas məqsədləri

6.1. Push30 tərəfindən təqdim edilən yeniliklər barədə tərəfdaşların məlumatlandırılması;

6.2. Zərurət yaranarsa, dövlət orqanlarına dəstəyin göstərilməsi;

6.3. Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin, bazar araşdırmalarının aparılması və tərtib edilməsi;

6.4.  Tərəfdaşların elektron hesabların yaradılması və idarə edilməsi;

6.5. Tərəfdaşlarla Push30 arasında kommunikasiyasının daha da yaxşılaşdırılması, xidmətlərin və elektron platformanın inkişafı;

6.6. Satınalmalar, xidmətlər, sifarişlər, ödənişlər və Push30 ilə əlaqəli digər əməliyyatların idarə edilməsi;

6.7. Push30-un mobil tətbiqlərindən istifadə edən şəxslər üçün xidmətlərin daha da fərdiləşdirilməsi, səmərililiyinin artırılması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;

6.8. Hüquqazidd əməliyyatlar, dələduzluq və bu kimi digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması.

 

7. Fərdi Məlumatların ötürülməsi

7.1. Texniki dəstəyin göstərilməsi, xidmətlər barədə məlumatların çatdırılması, istifadə edilən tətbiqin vaxtında yenilənməsi, Push30-un tərəfdaşlarla əlaqə saxlaması, müraciətlərə cavab verilməsi və sair xidmətlərin göstərilməsi üçün zəruri hərəkətləri həyata keçirir. Push30 bu zəruri hərəkətlərin həyata keçirilməsi, o cümlədən araşdırma məqsədləri üçün, tətbiq ilə əlaqədar yenidənqurma işlərini həyata keçirən zaman əməkdaşlıq etdiyi üçüncü şəxslərə tərəfdaşlara aid olan fərdi məlumatları müvafiq məqsədlər, qanunvericiliklə nəzərdə tutulmuş şərtlər və tərəfdaşların razılığı çərçivəsində ötürə bilər.

7.2 Əldə edilən fərdi məlumatlar qanunla Push30-dan tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına ötürülə bilər.

7.3. Push30 hər hansı qanun pozuntusuna dair şübhə ilə qarşılaşarsa, qanunsuz fəaliyyətin qarşısının alınması və tərəfdaşların fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün bəzi informasiyaları müvafiq dövlət qurumları ilə paylaşa bilər.

 

8. Yığılmış Məlumatların məhv edilməsi

8.1. Tərəfdaşlar xidmətlərdən istifadə etdikdən sonra fərdi məlumatların silinməsini Push30-dan tələb edə bilərlər. Bunun üçün tərəfdaşlar Push30 tərəfindən məlumat məqsədli yaradılmış elektron poçt ünvanına müraciət etməlidirlər. Müraciətdən sonra Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi çərçivəsində tərəfdaşlara aid bütün fərdi məlumatlar Push30ə aid serverlərdən silinəcəkdir.

8.1.1. Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə tərəfdaşların müraciətindən sonra da silinməyə bilər.

8.2. Push30 tərəfdaşlara aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur yarandığı hallarda, fərdi məlumatların mühafizəsi üçün ağlabatan bütün zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəkdir.


9. Dəyişikliklər

9.1. Push30 hazırkı Siyasətə vaxtaşırı dəyişikliklər və əlavələr edə bilər. Bu dəyişikliklər edilməzdən öncə tərəfdaşların təqdim etdiyi əlaqə məlumatları və ya mobil tətbiq vasitəsilə əvvəlcədən bildiriş göndəriləcəkdir. Siyasətin yenilənmiş redaksiyası veb saytda yerləşdirildiyi gündən etibarən 3 (üç) təqvim günü ərzində qüvvəyə minmiş hesab olunur.

9.2. Siyasət yenilənmiş redaksiya ilə dərc edildikdən sonra, tərəfdaş tərəfindən mobil tətbiqin və ya veb-saytın istifadəsi onun bütün dəyişiklikləri qəbul etməsi hesab edilir. Tərəfdaş verilən dəyişikliklərlə razılaşmırsa, tətbiqə və ya veb-sayta girişdən imtina etməli, tətbiqin materialları və xidmətlərindən istifadəni dayandırmalıdır.

 

10. Push30 ilə necə əlaqə saxlamaq olar?

10.1. Tərəfdaşlar əlavə məlumat üçün və ya bu Məxfilik Siyasəti ilə bağlı yaranan hər hansı bir sual üçün aşağıdakı elektron poçt ünvanı vasitəsilə Push30 ilə əlaqə saxlaya bilərlər:

 

Elektron poçt: support@push30.az

Əlaqə nömrəsi: *3033 / WhatsApp: +994 50 555 30 30

 

Mən Məxfilik Siyasətini oxudum və qəbul edirəm

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)
Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)