İstifadə Qaydaları

HAQQIMIZDA

www.push30.az və Push30 mobil tətbiqi Azərbaycan Respublikasında 1306296231 nömrəli VÖEN ilə AZ1141, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, ev 19 ünvanında qeydiyyatdan keçmiş “Push30” MMC (“Push30”, “bizə”, “bizim” və “biz”) tərəfindən idarə olunur.

İstifadəçilər veb-sayt və mobil tətbiqdən istifadə edərək, İstifadə Şərti və Qaydaları ilə tanış olduğu və razılaşdığını təsdiq edirlər.

 

ZƏHMƏT OLMASA, BU İSTİFADƏÇİ ŞƏRT VƏ QAYDALARINI DİQQƏTLƏ OXUDUQDAN SONRA XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ EDİN.

ANLAYIŞLAR

Korporativ Abunəçi – Push30-un xidmətlərindən əməkdaşlarının yararlanmasına şərait yaradılması üçün müqavilə bağlamış hüquqi şəxs/hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs;

İstifadəçi  – Xidmətlərimizdən istifadə edən və adı Korporativ Abunəçi tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Bizə bildirilən Korporativ Abunəçinin işçisi və ya işçisinin birinci dərəcəli ailə üzvü və  ali təhsil müəssisələrində təhsil alan, yetkinlik yaşına çatmış tələbələr;

Sessiya – İstifadəçinin bir təqvim günü ərzində İstifadəçi tərəfindən seçilmiş müvafiq İdman Klubunda həyata keçirdiyi idman fəaliyyəti;

QR Kod – Sessiyaya giriş əldə etmək üçün İstifadəçinin istifadə etdiyi xüsusi qrafik kod;

Şəxsi Hesab – mobil tətbiqdə İstifadəçinin qeydiyyatı haqqında məlumatların saxlanıldığı və İdman Klublarında Sessiyadan istifadə etmək imkanını verən hesab;

Mobil Tətbiq – İstifadəçilərə İdman Xidmətlərindən istifadə etmək üçün İdman Klublarını seçmək və giriş almaq imkanı verən, o cümlədən bu və ya digər funksiyalara malik IOS və Android platformalarında işləyən mobil proqram;

Planlaşdırılmış Tədbir – Push30 tərəfindən təşkil və təklif edilən, qabaqcadan qeydiyyat tələb edən dərs və ya fəaliyyət (məs. yoqa dərsi, pilates dərsi, qaçış sessiyası, futbol matçı, turnirlər və s.);

İdman Klubları – Sahibkarlıq fəaliyyəti ilə məşğul olan və İstifadəçilərə İdman Xidmətlərini təmin edən hüquqi şəxslər və/ və ya fərdi sahibkarlar tərəfindən təqdim olunan idman və istirahət obyektləri;

İdman Xidmətləri – İdman Klublarının təqdim etdiyi və adi üzvlük haqqından başqa əlavə ödəniş tələb etməyən, idman, fitnes və ya birbaşa idman və ya sağlam həyat tərzi ilə əlaqədar digər fəaliyyət sahəsində Xidmətlər;

Standart Abunəlik – Mobil Tətbiqdə Standard Abunəlik Paketlərinə və Tələbə Abunəlik Paketlərinə aid olan İdman Klublarına abunəlik;

Plus Abunəlik - Mobil Tətbiqdə Plus Abunəlik Paketlərinə, Standard Abunəlik Paketlərinə və Tələbə Abunəlik Paketlərinə aid olan olunan İdman Klublarına abunəlik

Premium Abunəlik - Mobil Tətbiqdə Premium Abunəlik Paketlərinə, Plus Abunəlik Paketlərinə, Standard Abunəlik Paketlərinə və Tələbə Abunəlik Paketlərinə aid olan İdman Klublarına abunəlik

Tələbə Abunəlik - Mobil Tətbiqdə Tələbə Abunəlik Paketlərinə aid olan İdman Klublarına abunəlik.

Uyğun Elektron Ünvan – Korporativ Abunəçi tərəfindən təqdim olunan və domen ünvanına uyğun olan, siyahıda müəyyən olunan elektron ünvan.

Tələbə vəsiqəsi – Təhsil müəssisəsi tərəfindən İstifadəçiyə verilən və İstifadəçinin tələbə olmağını sübut edən sənəd.

Rezervasiya – Plus və Premium Abunəlik Paketinə aid olan İdman Klublarının İdman Xidmətlərindən yararlanmaq üçün İstifadəçilərin Şəxsi Hesabları vasitəsilə istədikləri vaxtın rezerv olunma sistemi.

 

Hansı xidmətləri göstəririk?

Push30 İdman Xidmətlərinin aqreqatoru olaraq aşağıdakı xidmətləri istifadəçilərə təqdim edir:

a)    Mobil tətbiqdə siyahıda olan İdman Klublarının xidmətlərindən istifadə;

b)    İdman Klublarının siyahısı həmçinin İstifadəçilərə uyğun Abunəlik planları ilə təqdim olunan fəaliyyəti, avadanlıqları və digər xidmətləri göstərir. Abunəlik planları barədə əlavə məlumat almaq üçün, qeyd olunan Mobil Tətbiqə nəzər yetirməyiniz xahiş olunur;

c)     Mobil Tətbiqdə digərləri ilə yanaşı, məşqlərin təsviri, məşq planları, qida planları, o cümlədən fitneslə bağlı məsləhətlərin əks olunduğu məzmundan istifadə imkanı.

XƏBƏRDARLIQ

Abunəliklərdən istifadə etmək üçün İstifadəçinin işəgötürəni Push30 ilə ayrı müqavilə bağlamalıdır və ya İstifadəçi ali təhsil müəssisələrində təhsil almalıdır.

Zəhmət olmasa, əlavə məlumatlar üçün Müştəri xidmətlərimiz ( support@push30.az )  ilə əlaqə saxlayın.

Push30 yalnız İstifadəçilərin İdman Klublarından xidmətlərindən bir üzvlük ilə yararlanmağına şərait yaradan aqqreqatordur və İdman Klubları tərəfindən göstərilən İdman Xidmətlərinə görə heç bir məsuliyyət daşımır.

İstifadəçinin əməkdaşı olduğu Korporativ Abunəçi Şirkətlə İdman Klubu olaraq müqavilə imzalayarsa, İstifadəçilər həmin İdman Klubunun İdman Xidmətlərindən istifadə edə bilməz.

İstifadəçilər rəsmi iş yerindən ayrıldığı təqdirdə bu barədə Şirkətə yazılı məlumat verməlidir.

Push30 İstifadəçilərdən öz mülahizəsinə əsasən əmək fəaliyyətləri ilə məşğul olduğu yer barədə rəsmi, etibarlı, həqiqi və səhih mənbədən olan arayış və bu məlumatları təsdiq edən digər bir sənəd tələb edə bilər.

          .

Qaydalarımızda dəyişikliklər

1)         Push30 Mobil Tətbiq vasitəsilə İstifadəçiyə məlumat verməklə bu Şərt və Müddəalara və ya digər əlaqəli məzmunlara birtərəfli qaydada dəyişikliklər edə bilər. Biz belə dəyişikliklər barədə İstifadəçiləri 5 gün əvvəl məlumatlandırırıq. Bu məlumatlandırmadan sonra İstifadəçinin Mobil Tətbiqdən/Veb-saytdan davamlı olaraq istifadə etməsi onun düzəlişlər edilmiş İstifadə Şərti və Qaydalarının qəbul etməsi kimi şərh olunacaqdır.

2)         İstifadəçilər qəbul edirlər ki, İdman Xidmətlərinə siyahıda göstərilməyən xidmətlər İdman Xidmətlərinin əhatə dairəsinə daxil olmaya bilər və bunların müqabilində əlavə ödəniş tələb oluna bilər.

a)    Məşqçilər və/və ya İdman Klubları tərəfindən təklif olunan fərdi məşq xidmətləri;

b)    Xidmətlərə aid olmayan ödənişli dərslər (boks, üzgüçülük və s.);

c)     İdman Klubları daxilində təklif olunan qida məhsulları, o cümlədən, lakin bunlarla məhdudlaşmadan yeməklər, içkilər və idman qidaları (məsələn, proteinlər, qeynerlər və s.);

Xidmətlərimizdən Necə Yararlana Bilərsiniz?

3)         Korporativ Abunəçilərin əməkdaşı olan İstifadəçilər yalnız Korporativ Abunəçi tərəfindən əvvəlcədən təsdiq olunmuş və/və ya verilmiş Uyğun Elektron Ünvanlar vasitəsilə qeydiyyatdan keçərək Xidmətlərimizdən istifadə edə bilərlər.

4)         Tələbə kimi qeydiyyatdan keçən İstifadəçilər qeydiyyat zamanı Tələbə vəsiqəsi və Şəxsiyyət Vəsiqəsi məlumatlarını təqdim edərək qeydiyyatdan keçə və Xidmətlərimizdən istifadə edə bilərlər.

5)         Mobil Tətbiqdə qeydiyyatdan keçmək üçün İstifadəçi bu məlumatları verməlidir: (i) soyadı, (ii) adı, (iii) elektron poçt ünvanı, (iv) telefon nömrəsi, (v) Tələbə vəsiqəsi məlumatları. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyü və dəqiqliyi ilə bağlı cavabdehlik daşıyır.

6)         Push30-a öz şəxsi məlumatlarını verməklə İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun öz şəxsi məlumatlarının işlənilməsi və onlardan istifadə edilməsi ilə bağlı razılıq verir. Zəhmət olmasa, əlavə məlumat üçün Məxfilik Siyasətinə nəzər yetirəsiniz

7)         İstifadəçi Mobil Tətbiq və/və ya Veb-sayt ilə uyğun korporativ elektron ünvan ilə qeydiyyatdan keçdikdən sonra, telefon nömrəsinə xüsusi aktivləşdirmə kodu gələcəkdir. İstifadəçi aktivləşdirmə kodunu tələb olunan xanaya doldurduqdan sonra seçdiyi Abunəlik Planına uyğun olaraq Xidmətlərimizdən yararlana və/və ya Planlaşdırılmış tədbirlərdə iştirak üçün qeydiyyatdan keçə bilər.

8)         İstifadəçi qeydiyyatdan keçdikdən sonra Sessiyada iştirak etmək üçün öz simasını (üzünü) Mobil Tətbiqə təqdim etməlidir. İstifadəçinin siması yadda saxlanıldıqdan sonra İstifadəçi simasının (üzünün) ilkin skan olunan sima ilə eyniləşdiyi halda QR-kodu yarada biləcəkdir. Push30 öz birtərəfli qərarı ilə eyniləşdirmələri davamlı və ya mütəmadi şəkildə tətbiq edə bilər.

9)         Tələbə paketinin abunəçisi olan İstifadəçilər şəxsiyyət vəsiqələrini, tələbəliklərini təsdiq edən sənədi təqdim etməklə Mobil Tətbiqdə olan Şəxsi Hesabından istifadə edərək, İdman Klublarının QR-kod oxuyucusu ilə QR-kodunu skan edəcək. Digər İstifadəçilər isə şəxsiyyət vəsiqələrini təqdim etməklə Mobil Tətbiqdə olan Şəxsi Hesabından istifadə edərək, İdman Klublarının QR-kod oxuyucusu ilə QR-kodunu skan edərək, Sessiyalarda iştirak edə biləcək.

10)      İstifadəçi seçmiş olduğu İdman Klubunun açıq olduğu vaxtlarda `1 (bir) dəfə giriş hüququna malikdir. Korporativ Abunəçi tərəfindən dəyəri ödənilən aylıq abunəliklərin və  dəyərinin kimin tərəfindən ödənilməsindən asılı olmayaraq bütün illik abunəliklərin istifadəsi zamanı bu qayda tətbiq edilmir. Yalnız cari aylıq abunəliyi olan şəxslər 1 iyul 2024-cü il tarixinə qədər, gün ərzində ən azı 5 saatlıq intervalın olması şərti ilə 2 dəfə giriş edə bilər.

11)      İstifadəçi gün ərzində Müəssisəyə 2-ci (ikinci) dəfə daxil olmağa cəhd edərsə, yaxud Xidmətləri təchiz etməyə imkan verməyən başqa şərait mövcuddursa, İdman Klubları tərəfindən İstifadəçiyə göstərilən İdman Xidmətlərinə görə bu Şərtlər və Qaydalar tətbiq edilməyəcək. Belə halda, İstifadəçi ödənişi Push30-un iştirakı olmadan birbaşa İdman Klubuna ödəyir.

12)      İdman Klubu və ya İdman Klubunda avadanlıq hər hansı səbəbdən müvəqqəti olaraq işləmirsə (məsələn, bayram günləri, ictimai tədbirlər, texniki qulluq), məlumat daxil olduqdan sonra ən qısa müddət ərzində Mobil Tətbiqdə dərc edilir. İdman Klubunun və ya İdman Klubunda hər hansı avadanlığın açıq və/və ya işlək olmasını yoxlamaq İstifadəçilərin məsuliyyətindədir.

13)      İstifadəçi Mobil Tətbiqdə qeydiyyat prosedurunda verilmiş məlumatın dəqiqliyi və düzgünlüyünə görə cavabdehlik daşıyır.

14)      İstifadəçi Mobil Tətbiqdə onun Şəxsi Hesabı ilə həyata keçirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyır. İdman Xidmətlərindən istifadə İstifadəçinin şəxsi hüququ hesab edilir və qeydiyyat məlumatlarını üçüncü tərəflərə ötürmək/açıqlamaq/təyin etmək qəti qadağandır. Istifadəçilər üçüncü şəxslərə Hesablarına giriş üçün icazə verməməlidirlər. İstifadəçilər müstəqil şəkildə Hesablarının məxfiliyini lazımi diqqət ayıraraq qorumalıdırlar. Push30 İstifadəçinin belə hərəkətlərinə qarşı istənilən preventiv və cavab tədbiri görmə hüququna malik olacaq.

15)      İstifadəçinin öz Şəxsi Hesabının təhlükəsizliyinə, yaxud üçüncü tərəflərin ondan icazəsiz istifadə etməsinə dair hər hansı şübhəsi olarsa, İstifadəçi bu barədə təyin edilmiş telefon nömrəsinə (nömrələrinə) zəng etməklə Push30-a dərhal məlumat verməlidir. Mobil nömrə: +994 50 555 3030; *3033  Elektron ünvan: support@push30.az

16)      Push30 İstifadəçinin İdman Xidmətlərindən istifadə etməsi nəticəsində yaranan hər hansı itki, zərər, ölüm halı, sağlamlığa və mülkiyyətə zərər, xəstəlik, yaxud hər hansı əmlakın oğurlanması üçün məsuliyyət daşımır. İstifadəçi İdman fəaliyyətinə başlamazdan əvvəl həkim və ya tibb işçisi ilə məsləhətləşməyə və öz tibbi və fiziki vəziyyətini qiymətləndirməyə və hər hansı idman növü ilə məşğul olmaq, obyektlərdən istifadə etmək, yaxud tələblərinə uyğunlaşdırmaq haqqında müstəqil qərar qəbul etməyə görə məsuliyyət daşıyır.

17)      07.02.2023-cü il tarixinə kimi illik və ya aylıq Plus abunəlik almış İstifadəçilər, Plus abunəliklərinin istifadə müddəti bitənə kimi Mobil Tətbiqdə göstərilən Premium Abunəlik Paketinə aid olan lakin İstifadəçi alan zaman Plus Abunəlik Paketinə aid olan İdman Klublarından istifadə edə biləcək. Bu Premium Abunəlik Paketinə 07.02.2023-cü il tarixindən sonra əlavə olunan İdman Klublarına şamil edilmir.

18)      Aşağıdakı İdman Klublarına daxil olmaq hüququna yalnız İllik Premium paketin abunəçisi olan İstifadəçilər malik olacaqdır:
Hamambath, Medcenter, Omar Atçılıq Mərkəzi, Cıdır Atçılıq Mərkəzi, World Class, Ritz-Carlton

19)      17.01.2024-cü il tarixdən etibarən Premium paketin aylıq abunəliyi ləğv edilir. Bununla belə, İstifadəçi aktiv olan paketini növbəti aylarda yeniləyərsə, habelə paketin ləğv edilməsini seçməzsə,  növbəti aylarda Premium aylıq paketı əldə edərək xidmətlərdən istifadə edə bilər. İstifadəçi tərəfindən Premium aylıq paketin bir dəfə ləğv edilməsi və ya abunəliyin müəyyən bir ayda yenilənməməsindən sonra İstifadəçi bir daha Premium aylıq paket əldə edə bilməyəcəkdir.

Hüquqların ötürülməsi

20)      Bütün materiallar, Xidmətlər, qrafika, məlumatlar, məqalələr, şəkillər, illusturasiyalar və Siz tərəfindən göndərilən müraciətlər və digərləri (bundan sonra “Məzmun”) Push30-un müstəsna hüquqlarıdır və müvafiq qanunlar və qaydalar ilə qorunur.

İstifadəçinin Hesabının Ləğvi Siyasəti

21)      İstifadəçilər razılaşır və zəmanət verir ki, aşağıdakı hərəkətlərdən çəkinəcəklər:

a)    Bu Qaydaların pozulması.

b)    İdman Klubunun daxili qaydalarının və istifadəçi təlimatlarının pozulması.

c)     Şəxsi Hesablarının təhlükəsizliyinin pozulması (hər hansı başqa şəxsin İstifadəçinin qeydiyyat məlumatlarından istifadə edərək Xidmətlərimizdən yararlanmasına şərait yaratmaq kimi), kompyuter şəbəkəsinin təhlükəsizliyini pozacaq hərəkətlərin edilməsi və ya şifrələrin və ya təhlükəsizlik şifrələmə kodlarının sındırılması.

d)    Xidmətlər üçün Mail-list, Listserv, və ya digər avtocavablandırıcı və ya “Spam”-lardan istifadə və ya Xidmətlərin normal işləməsinə müdaxilə edilməsi (Xidmətlərin infrastrukturuna həddindən artıq yüklənərək daxil olmaqla).

e)    “Crawl”, “Scrape”, və ya “Spider” kimi üsullardan istifadə edilməsi və ya Xidmətlərin və ya Məzmunun tamamının və ya bir hissəsinin toplanılması.

f)      Məzmunun hər hansı bir hissəsini çoxaldılması və/və ya saxlanılması.

g)    Push30-a aid olan mənbə kodunu və ya əsas ideyalarını və ya verilənlərini toplayır, köçürür və ya başqa üsullarla əldə etməyə cəhd edir.

22)      Push30 aşağıdakılar baş verdiyi təqdirdə İstifadəçinin Şəxsi Hesabını müvəqqəti və/və ya daimi əsaslarla birtərəfli qaydada bağlaya bilər:

a)     Bu Şərtlər və Qaydaların pozulması;

b)    İstifadəçinin İdman Xidmətlərindən istifadəsi ilə bağlı İdman Klubundan və ya digər şəxslərdən 3 (üç) ədəd əsaslı şikayətlərin alınması;

c)     İstifadəçi tərəfindən mobil tətbiqdə qeydiyyatdan keçərkən öz ad və soyadından istifadə etməməsi aşkar olunarsa;

d)    İstifadəçi ilə Korporativ Abunəçi arasında əmək münasibətlərinin olmaması;

e)    Korporativ Abunəçi ilə Push30 arasında bağlanmış müqaviləyə xitam verilməsi;.

f)      İstifadəçi rəsmi iş yerindən ayrıldığı zaman Şirkətə yazılı şəkildə məlumat verməməsi;

g)    İstifadəçi Təsil Müəssəsindən xaric edildikdə və ya məzun olduqda;

h)    Bu Şərtlər və qaydalarda göstərilən digər hallarda.

 

23)      Şərtlər və Qaydaların 19-ci maddəsində əsaslı şikayət dedikdə aşağıdakılar nəzərdə tutulur:

a)    İstifadəçinin İdman Klublarında olan digər İstifadəçilər və İdman Klubunun digər üzvlərinə fiziki zorakılıq və ya fiziki zorakılığa cəhd göstərmək.

b)    İdman Klubu daxilində olan intizam və etik davranış qaydalarının pozmaq.

c)     İstifadəçilər və İdman Klubunun üzvlərinə qısnama xarakterli atmacalar atmaq.

d)    İstifadəçinin kəskin yoluxucu xəstəliklərə yoluxduğunu bilərək İdman Klubuna daxil olması.

e)    Digər İstifadəçilərin və İdman Klubunun üzvlərinin avadanlıqlardan istifadə etməsini istisna edə biləcək və ya çəkindirəcək səviyyədə sanitariya və gigiyena qaydalarının pozulması.

f)      Dəfələrlə avadanlıqlardan təyinatına uyğun olmayan qaydada istifadə edilməsi.

g)    İdman Klubu daxilində təhlükəsizlik qaydalarına etinasız münasibətin göstərilməsi.

h)    İdman Klubunun xidmətlərindən istifadə edərkən ağırlıq dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayət və inzibati xətaların törədilməsi.

24)      İstifadəçilər bu Şərtlər və Qaydaların 22-ci maddəsinin tələblərini pozduğu təqdirdə Hesab Push30 tərəfindən birtərəfli qaydada bağlanarsa ödənişlərin geri qaytarılması aşağıdakı qaydada aparılır. Etibarlılıq müddəti 6 (altı) aydan az olan abunəlik planı üçün ödənişlər geri qaytarılmır:

a)    İstifadəçinin ödənişi 12 aya bölünərək İstifadəçiyə uyğun aylıq ödəniş qiyməti hesablanır. İllik Abunəlik planın istifadə olunmamış müddəti (ayları) aylıq ödəniş qiymətinə vurulur.

b)    Hesablanan məbləğə 50% dəyərində geri qaytarılma cəriməsi, 20% dəyərində isə öhdəliklərin pozulması cəriməsi tətbiq olunur.

25)      İstifadəçilər bu Şərtlər və Qaydaların 19-cu maddəsinin tələblərini pozduğu təqdirdə Push30-un işgüzar nüfuzuna zərər dəyərsə, Push30 qarşısında tam maddi məsuliyyət daşıyırlar.

 

Əqli Mülkiyyət

26)      İstifadəçilər razılaşır ki, Push30 Xidmətlər və əlaqəli hər şey (Mobil Tətbiq, Məzmun və sairə) üzərində müstəsna hüquqlara sahibdir. Siz Xidmətlərə əsaslanaraq və ya Xidmətləri hər hansı bir formada dəyişdirə, yenidən yarada, paylaşa, ötürə və ya ötürülməsi və ya satışında iştirak edə bilməzsiniz. Push30 beləliklə Sizə şəxsi, məhdud, geri alına bilən, başqasına ötürülə bilməyən istifadə lisenziyası verir. Siz Xidmətləri və Mobil Tətbiqi yalnız şəxsi və qeyri-kommersiya məqsədlər üçün istifadə etməlisiniz. Push30 Sizə açıq şəkildə verilməyən bütün hüquqları özündə saxlayır

27)      Xidmətlər ilə göstərilən, icra olunan Məzmuna görə Siz bütün müəlliflik hüquqları bildirişləri, əmtəə nişanı qaydaları, data qaydaları və məhdudiyyətlərinə riayət edəcəyinizə söz verirsiniz. Siz Sizə məxus olmayan Məzmunu çoxaltmayacaq, paylaşmayacaq, icra etməyəcək, lisenziyalaşdırmayacaq, satmayacaq, kommersiyalaşdırmayacaq və ya hər hansı digər məqsəd üçün i) həmin Məzmunun sahibi tərəfindən əvvəlcədən alınmış razılıq olmadan və ya ii) başqalarının (həmçinin Push30-un) hüquqlarını pozan hərəkətlər etməyəcəksiniz.

28)      Siz Xidmətlərdən yalnız şəxsi və qeyri-kommersiya məqsədli istifadə edə bilərsiniz. Buna riayət etməməyiniz Hesabınızın bağlanması ilə nəticələnəcəkdir.

Üçüncü Tərəf Təchizatçılar

29)      Sizə üçüncü tərəf tətbiqlər vasitəsilə, İdman Klubları və/və ya onların personalı tərəfindən, fərdi məşqçilər tərəfindən göstərilən xidmətlər üçüncü tərəf təchizatçıların xidmətləri kimi müəyyən olunur və Push30 üçüncü tərəf təchizatçıların xidmətlərininin keyfiyyətinə, sayına, təhlükəsizliyinə, qanuna uyğunluğuna və sairə məsələlərə görə məsuliyyət daşımır.

30)      Bizim Üçüncü Tərəf Tətbiqlərə keçidlərimiz (məsələn ödəniş şlyuzu provayderi), Planlaşdırılmış Tədbir, Fərdi Məşqlər və ya digər onlayn məzmun Sizə heç bir kommersiya və ya tanıtım məqsədli isitifadə hüquqları vermir və müəlliflik hüquqları sahibinin hüquqlarının verilməsi və ya imtinası deyildir.

31)      Push30 İdman Klubları tərəfindən göstərilən İdman Xidmətlərinin keyfiyyətinə, təhlükəsizliyinə və onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna görə məsuliyyət daşımır. İstifadəçilər həmin xidmətlərin istifadəsi ilə  bağlı riskləri öz üzərinə götürürlər.

32)      İstifadəçilər razılaşırlar ki, Üçüncü Tərəf Təchizatçılar tərəfindən göstərilən bütün xidmətlərə görə bağlanmış müvafiq müqaviləyə (şifahi və/və ya yazılı) uyğun hərəkət edəcəklər. Push30 Üçüncü Tərəf Təchizatçılar üçün yalnız vasitəçi olaraq fəaliyyət göstərir. Üçüncü Tərəf Təchizatçılar öz məzmunlarına, zəmanətlərinə və xidmətlərin icrası ilə bağlı bütün iddialara görə təklikdə məsuliyyət daşıyırlar.

33)      Push30 heç bir halda İdman Klubları, İstifadəçilər və ya hər hansı üçüncü tərəf qarşısında Xidmətlərdən və İdman Xidmətlərindən istifadə edilməsi ilə bağlı yarana biləcək hər hansı dolayı və ya təsadüfi zərərlərə görə məsuliyyət daşımır.

34)      Siz razılaşırsınız ki, İdman Klubları, bununla məhdudlaşmayaraq onlayn təlimatçılar, işçi heyəti, fərdi məşqçilər tərəfindən təqdim olunan İdman Xidmətlərinə görə hörmətlə yanaşacaqsınız. Siz razılaşırsınız ki, İdman Klublarının işçilərini işə götürmək, tələb etmək və ya müvafiq qanunvericiliyə əsasən icazə verilən işə qəbul üçün hər hansı şəkildə əlaqə saxlamaq üçün bizim Xidmətlərimizdən və vebsaytımızda və ya tətbiqimizdə təklif olunan məlumatlardan istifadə etməyəcəksiniz.

Ödəniş Şərtləri

35)      Xidmətlərin təqdim olunması əvəzi olaraq, İstifadəçilər seçdikləri Abunəlik Planına uyğun olan ödənişini Push30-a https://push30.az veb-saytı və ya Mobil Tətbiq vasitəsilə ödəyəcəkdir. Abunəlik planları haqqında daha çox öyrənmək üçün zəhmət olmasa Mobil Tətbiqə nəzər yetirin.

36)      Bütün ödənişlər üçüncü tərəf tətbiqlər tərəfindən icra olunur (Ödəniş Şlyuzları “Kapital Bank” ASC, Yığım Ödəniş Sistemi və ödəniş terminalları (köşkləri) olan E-Manat, Milliön və sairə). Push30 a) ödəniş tarixi, b) bank kartının birinci 6 və sonuncu 4 rəqəmləri istisna olmaqla İstifadəçi tərəfindən olunan ödənişlər barədə heç bir məlumatı saxlamır və yığmır.

37)      Abunəlik planları üçün ödənişlər İstifadəçi tərəfindən həyata keçirilərsə növbəti ay və/və ya il üçün  abunəlik planı ödənişi avtomatik qaydada İstifadəçinin bank hesabından çıxılır və abunəlik planı yenilənir

38)      İstifadəçilərin  abunəlik planları üçün ödənişlər Korporativ Abunəçi tərəfindən həyata keçirilərsə Ödənişin növbəti ay və ya il üçün  avtomatik olaraq hesabdan çıxılması şərtləri və abunə planıın yenilənməsi Şirkət və Korporativ Abunəçi arasında olan müqavilə ilə tənzimlənir.

Taksitlə ödəniş şərtləri

39)      Taksitli ödəniş dedikdə abunəlik paketinin dəyərinin mümkün bərabər hissələrə bölünərək ödənilməsi nəzərdə tutulur. Taksit vasitəsi ilə ödəniş 3 (üç) ay; 6 (altı) ay; 9 (doqquz) ay müddətinə ödənilmə müddətlərindən biri seçilərək icra olunur. Bunlardan birini seçməkdə İstifadəçi sərbəstdir.

40)      İstifadəçi taksit vasitəsi ilə ödəniş edərkən əldə etdiyi paketin ümumi (bütün) dəyəri onun bank kartından (hesabından) çıxılır, daha sonra İstifadəçinin əldə etdiyi həmin paketin ümumi dəyəri taksit vasitəsi ilə ödəniş etmək istədiyi aylara (həmin ay saylardan asılı olaraq) bölünərək həmin aylarda proporsional qaydada taksit kartını əldə etdiyi Banka ödənilir.  Taksitlə ödəniş şərtləri  yalnız Standard və Plus İllik abunə paketləri üçün İstifadəçilərə təklif olunur.

41)      İllik abunə paketinin dəyəri mobil tətbiqdə və/və ya veb-saytda (www.push30.az ) ictimai oferta (ictimati təklif) ilə müəyyən edilir.

42)      Taksitli ödəniş İllik abunə haqqları Korporativ abunəçi tərəfindən ödənilən və sponsor olunan İstifadəçilər üçün ödəniş qaydalarına tətbiq edilmir.

43)      İstifadəçi illik abunə paketlərinin alışı zamanı taksitlə ödəniş etmək funksionallığını seçərsə ödəniş şərtləri aşağıdakı qaydada olur:

a)    İstifadəçi mobil tətbiq və ya veb-sayt vasitəsilə hesabına daxil olaraq təklif olunan illik abunə paketlərindən birini seçir.

b)    İstifadəçi illik abunəlik planlarından biri seçdikdən sonra “Hissəli ödəniş”-i seçir. Daha sonra aşağıda açılan pəncərədə hansı Bankda olan taksit kartı vasitəsi ilə ödəniş edəcəyini müəyyən edir.

c)     İstifadəçi müvafiq bankı seçdikdən sonra ödəniş etmək istədiyi Bank kartı vasitəsi ilə  hesablanmış məbləği seçilmiş taksitli ödənişə uyğun olaraq ödəyir.

44)       

45)      İstifadəçilər illik abunəlik paketlərini Kapital Bank (Birbank), Unibank KB (UCard və Leobank) vasitəsi ilə taksit şərtləri ilə əldə edə bilərlər.

46)      İstifadəçilərin taksit vasitəsi ilə əldə etdiyi paketlərin dəyəri İstifadə şərti və qaydaları və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən geri qaytarılmalı olarsa, bu zaman İstifadəçi taksit ödənişini icra etdiyi banka ödənişləri icra etməyə davam edir, lakin həmin paketin qaytarılan hissəsi Push30 tərəfinən İstifadəçiyə qaytarılır.

47)       

Plus və Premium Abunəlik Paketinə aid olan İdman Klubları üçün Rezervasiya Sistemi və Qaydaları

48)      Plus və Premium Abunəlik Paketlərinə aid olan İdman Klublarında sıxlığın qarşısının alınması üçün müvafiq paketə sahib İstifadəçilər aşağıdakı qaydada İdman Klubuna getməzdən öncə istədikləri vaxtı seçməli və rezervasiya etməlidirlər.

49)      Rezervasiya etmək üçün İstifadəçi müvafiq link-ə daxil olaraq istədiyi vaxtı və tarixi seçir. Rezervasiya üçün İstifadəçilər ad, soyad, email ünvanı və telefon nömrələrini müvafiq xanalara daxil etməlidirlər.

50)      Rezervasiya təsdiq olunan zaman İstifadəçi rezervasiyasının təsdiqi barədə elektron məktubu daxil etdikləri email ünvanına qəbul edəcəkdir.

51)      İstifadəçilər Rezervasiyanı ən azı 24 (iyirmi dörd) saat əvvəl etməlidirlər. Əks təqdirdə Rezervasiya etmək mümkün olmayacaqdır.

52)      Rezervasiya vaxtları saatlıq olaraq göstəriləcəkdir. (Məs. 19:00, 10:00 və sairə)

53)      Əgər İstifadəçi Rezervasiya etdikdən sonra İdman Klubuna getmədikdə və/və ya müvafiq qaydada sessiyada iştirak etmədikdə xəbərdarlıq alacaqdır. Xəbərdarlıq sayı maksimum 2 (iki) ədəd ola bilər.

54)      İstifadəçi 2 ədəd Xəbərdarlıq aldıqdan sonra 3-cü dəfə Rezervasiya etdikdən sonra sessiyada iştirak etməzsə həmin İstifadəçi cari ayın sonuna qədər Rezervasiya Xidmətlərindən istifadə edə bilməyəcəkdir.

55)      İstifadəçi gün ərzində yalnız 1 (bir) dəfə olmaqla Rezervasiyadan öncə istənilən vaxt hər hansı bir xəbərdarlıq almadan Rezervasiyanı ləğv edə bilər.

“Pilates Life” idman klubunun hər iki filialında rezervasiya üçün xüsusi şərtlər:

56)      1 Aprel 2023-cü il tarixindən etibarən “Pilates Life” İdman Klubun hər üçünvanında (filialında) İstifadəçilər əgər ay ərzində Rezervasiya etdikdən sonra 1 (bir) dəfə sessiyada iştirak etməzlərsə, növbəti 30 (otuz) təqvim günü “Pilates Life” İdman Klubunun hər üçünvanında (filialında) İdman Xidmətlərindən müvafiq Abunəlik Paketi daxilində istifadə edə bilməyəcəklər.

Dərslərdən ibarət xidmətlərdən istifadə qaydası

57)      İstifadəçilər dərslər formasında təqdim edilən idman xidmətlərdən (bunlarla məhdudlaşmayaraq - rəqs, pilates, yoga, rəqs, özünümüdafiə məşqləri) ay ərzində 12 dəfə istifadə edə bilər, o cümlədən dərslərdən istifadə üçün ay ərzində cəmi 12 giriş edə bilər.

Ailə-üzvləri Push30 Xidmətlərindən necə istifadə edə bilər?

58)      Əgər Push30 və Korporativ Abunəçi arasında olan müqavilədə nəzərdə tutulmuşdursa, İstifadəçinin maksimum 5 (beş) nəfər birinci dərəcəli ailə üzvləri (bacı-qardaş, valideynlər və 18 yaşı tamam olmuş övladlar)  İstifadəçi kimi qeydiyyatdan keçə bilər və ödənişləri birbaşa Push30-un hesabına ödəməklə İdman Xidmətlərindən yararlana bilər. Ailə üzvünün tələblərə uyğunluğunu sübut etmək İstifadəçinin öhdəliyindədir.

59)      Əgər İstifadəçi tələbədirsə yuxarıdakı bənddəki şərtlər həmin İstifadəçiyə münasibətdə tətbiq edilmir.

Xidmətlərimizdən İstifadə

60)      Push30 əvvəlcədən razılaşdırılmamış və İstifadəçilərə bəyan olunmamış xidmətlərin İdman Klubları tərəfindən icrası, icra olunmaması və ya qeyri-məqbul icra olunmasına görə heç bir məsuliyyət daşımır

 

İstifadəçilər tərəfindən İstifadəçi Hesabının yeni telefona köçürülmə qaydaları:

61)      İstifadəçilər Mobil Tətbiqetməni şəxsi telefonlarına yüklədikdən sonra müvafiq qaydada həmin telefon onlar üçün əsas hesabın bağlandığı vasitə (bundan sonra “Əsas Vasitə”)  olacaqdır.

62)      Əgər İstifadəçi müxtəlif səbəblərdən şəxsi telefonunu dəyişərsə və müvafiq olaraq Mobil Tətbiqetməni yeni telefona yüklədikdə həmin telefonun Mobil Tətbiqetmə üçün Əsas Vasitə olaraq dəyişdirilməsi üçün Müştəri Xidmətlərinə müraciət etməlidir.

63)      İstifadəçilər ilk dəfə Əsas vasitənin dəyişdirilməsindən növbəti 30 (otuz) təqvim günü ərzində (Mobil Tətbiqetmənin yeni telefona əsas vasitə olaraq köçürdüyü tarixdən hesablanmaqla)  1 (bir) dəfə dəyişdirilməsi üçün Müştəri Xidmətlərinə müraciət edə bilər.

64)      İstifadəçilər ilk dəfə vasitənin dəyişdirilməsindən növbəti 60 (altmış) təqvim günü ərzində (Mobil Tətbiqetmənin yeni telefona əsas vasitə olaraq köçürdüyü tarixdən hesablanmaqla)  3 (üç) dəfə dəyişdirilməsi üçün Müştəri Xidmətlərinə müraciət edə bilər.

65)      Abunəlik paketinin müddəti bitdikdə (Abunəlik paketinin yenilənməsi istisna olmaqla) yuxarıdakı maddələrdə göstərilən müddətlər sıfırlanacaqdır.

Abunə paketlərinin geri qaytarılması və ləğvi siyasəti

66)      Ödənişin Geri Qaytarılması və Abunəlik Paketinin Ləğv Etmə Siyasəti

67)      Siz yalnız qüvvədə olan abunəlik planının müddəti bitdikdən sonra digər plana keçmək hüququna malik olacaqsınız.

68)      Bütün icra olunmuş ödənişlər sondur və İstifadəçinin istifadə qabiliyyətindən asılı olmayaraq abunəlik planları hər hansı bir müddətə dondurula bilməz.

69)     İstifadəçi mobil tətbiq vasitəsi ilə Abunəlik Paketinin avtomatik yenilənməsini dayandıra bilər və ya yazılı qaydada Push30-a müraciət edə bilər. Müraciətlər  support@p30.az mail ünvanı vasitəsi ilə həyata keçirilir.

70)      Aşağıdakı hallarda Xidmətlərimiz üçün ödənişlər geri qaytarılmır

a)    İstifadəçi artıq abunəlik planından istifadə etmiş və Xidmətlərimizdən yararlanmışdır.

b)    Ödəniş 14 (on dörd) gün müddətindən artıq müddətdə qəbul edilərək icra olunmuşdur.

71)      İstifadəçilər İdman Klubunda hansı Sessiyada iştirak etmək istəsələr onu  seçməkdə sərbəstdirlər. Push30 çoxsaylı İdman Klublarına girişin təmin edilməsi üçün öz xidmətlərini təklif edir. Onun İdman Klublarından hər hansı biri ilə Müqaviləsinə xitam verilməsi isə mövcud şəraitə əhəmiyyətli dəyişiklik yaratmayacaqdır.

72)      Zəhmət olmasa, geri qaytarma və ya ləğvetmə sorğuları üçün Müştəri Xidmətimizlə (support@p30.az ) əlaqə saxlayın

73)      İstifadəçilər hər hansı İdman Klubunun Sessiyasında iştirak etməyi seçməkdə sərbəstdir. Push30 bir neçə İdman Klublarına girişi təmin edən Xidmətlər təklif edir. Hər hansı İdman Klubu ilə Push30 arasında olan müqavilənin xitamı şəraitin əhəmiyyətli dəyişməsi sayıla bilməz.

74)      Zəhmət olmasa, hər hansı ödənişin geri qaytarılması və ya abunəliyin ləğvi üçün müştəri xidmətlərimizlə (support@push30.az ) əlaqə saxlayasınız.

İllik Abunəlik Planları üçün Ödənişlərin Geri Qaytarılma Siyasəti

75)      6 (altı) aydan daha az etibarlılıq müddəti qalmış illik abunəlik planları üçün ödəniş geri qaytarılmır.

76)      Əgər abunəlik planı üçün etibarlılıq müddəti 6 (altı) aydan çox olarsa,

a)    İstifadəçinin ödənişi 12 aya bölünərək İstifadəçiyə uyğun aylıq ödəniş qiyməti hesablanır. İllik Abunəlik planın istifadə olunmamış müddəti (ayları) aylıq ödəniş qiymətinə vurulur.

b)    Hesablanan məbləğə 50% dəyərində geri qaytarılma cəriməsi tətbiq olunur.

77)      İstifadəçilərin abunəlik planları üçün Ödənişlər Korporativ Abunəçi tərəfindən həyata keçirilərsə Ödənişin qaytarılma şərtləri Şirkət və Korporativ Abunəçi arasında olan müqavilə ilə tənzimlənir.

SUİ-İSTİFADƏ HALLARININ YOLVERİLMƏZLİYİ

78)      İstifadəçilərin özləri tərəfindən idman xidmətlərindən istifadə edilməsi niyyəti olmadan QR-kod oxutması sui-istifadə halı (dələduzluq halı) hesab olunur. İstifadəçilər tərəfindən aşağıda sadalanan və digər sui-istifadə hallarına yol verilməsi Push30 tərəfindən aşkar edilərsə, dərhal İstifadəçilərə məxsus olan hesab bloklanacaq və İstifadəçinin əldə etdiyi paketin müddətinin bitməsinə nə qədər vaxt qalmasından asılı olmayaraq hər hansı ödəniş olunmadan İstifadəçinin paketi ləğv olunacaqdır.

79)      İstifadəçilər tərəfindən icra edilən və ya yol verilən aşağıdakı hallar sui-istifadə halları sayılır:

  1. Xidmətlərdən istifadə zamanı mobil cihazların başqa şəxslərlə paylaşılması və ya cihazın başqa şəxsə verilməsi;
  2. İstifadəçi hesabında yaradılan QR-kod-un ekran şəklinin (screenshot) və ya digər üsullarla mobil cihazın ekranının paylaşılması;
  3. Başqa şəxslər tərəfindən xidmətlərdən istifadə edilməsi üçün istifadəçinin ona məxsus olan QR-kodu video-zənglə başqa şəxslərlə paylaşması;
  4. Push30 istifadəçisi olmayan başqa şəxsin xidmətlərdən istifadə etməsi üçün istifadəçinin ona məxsus olan QR-kodu oxutması;
  5. İstifadəçinin idman zalları ilə qanuna və bu razılaşmaya zidd şəkildə əməkdaşlıq edərək saxta girişlər etməsi, o cümlədən idman xidmətlərindən istifadə etmək niyyəti olmadan QR-kodu oxutması;
  6. İstifadəçinin Push30 tərəfindən təqdim edilməyən xidmətlərdən istifadə etmək məqsədi ilə Push30 tərəfindən təqdim edilən xidmətlərin əldə etməsi adı altında QR-kodu oxutması, o cümlədən QR-kodun pərdələnməsi;
  7. İstifadəçilərin şəxsən özü tərəfindən xidmətlərdən istifadə olunmasını istisna edən və bunun nəticəsində Push30-un zərər uğramasına səbəb olan digər hallar.

Sağlamlıq və Təhlükəsizlik Xəbərdarlıqları

80)      Push30 heç bir sağlamlıq, tibbi və ya fiziki məşq xidmətləri göstərmir. Veb-saytımız və Mobil Tətbiqimizdə olan bütün Məzmun ümumi məlumat, maarifləndirmə və əyləncə üçün nəzərdə tutulmuşdur və professional məsləhət kimi dəyərləndirilməməlidir. Zəhmət olmasa, sertifikatlaşdırılmış tibb-xidməti təminatçısı ilə Sizin fiziki sağlamlığınız, qidalanma proqramınız və digər məsələrlə bağlı məsləhətləşin

81)      İstifadəçi Mobil Tətbiqdə olan məşq təlimatlarını yerinə yetirməzdən öncə öz həkimi və ya tibb mütəxəssisi ilə məsləhətləşməlidir. Push30 İstifadəçinin Mobil Tətbiq vasitəsilə qəbul etdiyi məlumatın dəqiqliyinə, etibarlılığına, effektivliyinə və ya düzgün istifadəsinə, və ya məşq proqramları, məhsulları və tədbirləri səbəbindən İstifadəçinin üzləşə biləcəyi hər hansı sağlamlıq problemlərinə görə məsuliyyət daşımır.

82)      İstifadəçilər İdman Xidmətlərindən istifadə edərkən İdman Klublarının daxili qaydalarına, təhlükəsizlik tədbirlərinə riayyət etməlidirlər.

İSTİFADƏÇİNİN OLDUĞU YER

83)      İstifadəçilər tərəfindən İdman Klublarına daxil olmaq üçün QR-kod oxuyucusu skan edilən zaman İstifadəçinin olduğu yeri ehtiva edən dəqiq lokasiya (precise location) açıq olmalıdır. Əgər İstifadəçi QR-kod oxuyucusunu skan edən zaman dəqiq lokasiya (precise location) açıq olmazsa, İstifadəçinin QR-kod oxuyucusunu skan etməsi uğursuzluqla nəticələnəcəkdir.

84)      İstifadəçi əgər dəqiq lokasiyanın təmin edilməsini həyata keçirə bilməzsə və ya hər hansı texniki problemin yarandığını bildirərsə, bu zaman Push30 həmin İstifadəçidən Push30-a “Whatsapp”, “Telegram” vasitəsi ilə canlı (real vaxt rejimində tətbiq olunan) lokasiyanın (live location) göndərilməsini tələb edə bilər. Həmin lokasiyanın göndərildiyi mobil nömrə İstifadəçinin Push30 Mobil Tətbiqində qeydiyyatdan keçmiş nömrə olmalıdır.

Fərdi Məlumatların Qorunması

85)      Fərdi  məlumatların təhlükəsizliyi fəaliyyətimizin ən əhəmiyyətli hissələri biri olduğu üçün  fərdi məlumatların qorunması məqsədi ilə qanunvericiliyə uyğun olaraq mümkün olan bütün təhlükəsizlik  tədbirlərini həyata keçirilir.

86)      İstifadəçilər razılaşır və icazə verir ki, Xidmətlərimizin keyfiyyətini artırmaq üçün, onlara məxsus olan fərdi və digər məlumatlarını marketing, məlumatların analitikası məqsədləri üçün istifadə edilsin.

87)      Fərdi məlumatlar  üçüncü tərəfə ötürülmür və satılmır.

88)      Məxfilik Siyasətinə daxil olaraq məlumatları necə istifadə etməyimiz, saxlamağımız və qorumağımız barəsində daha çox öyrənə bilərsiniz.

Məxfilik

89)      Tərəflər təsdiq edir ki, bu Müqavilənin mövcudluğu və onun şərtləri və Müqavilənin hazırlanması və icrası ilə bağlı tərəflər arasında mübadilə olunan istənilən şifahi və ya yazılı məlumatlar məxfi məlumat hesab olunur. Hər bir Tərəf aşağıdakılar istisna olmaqla bütün belə məxfi məlumatların gizliliyini qorumalı və qarşı Tərəfin yazılı razılığı olmadan belə məxfi məlumatları üçüncü tərəflərə açıqlamamalıdır: (a) məlumat ictimaiyyət üçün açıqdır və ya açıq olacaqdır (alan tərəfin məlumatları qanunsuz olaraq açıqladığı hal istisna olmaqla); (b) məlumatların mövcud qanunlara və ya göstərişlərə uyğun olaraq, və ya məhkəmə və digər dövlət orqanının qərarı ilə açıqlanması mütləq tələb olunur; və ya (c) Tərəfin hər hansı birindən bu Müqavilə üzrə edilən hər hansı əməliyyatlarla bağlı olan belə məlumatları səhmdarlarına, investorlarına, hüquqşünaslarına və ya maliyyə məsləhətçilərinə açıqlanması tələb olunur bir şərtlə ki, belə səhmdarlar, investorlar, hüquqşünaslar və ya maliyyə məsləhətçiləri bu maddədə göstərilən məxfilik öhdəliklərini daşımış olsun. Hər hansı məxfi məlumatın heyət üzvləri və ya Tərəflərin cəlb etmiş olduğu hər hansı agentliklər tərəfindən açıqlanması həmin Tərəfin həmin məlumatları açıqlaması hesab olunur və buna görə həmin Tərəf Müqaviləni pozduğunda görə məsuliyyətə cəlb olunur. Bu maddə Müqaviləyə xitam verildikdən sonra da qüvvədə qalır.

Fors Major

90)      Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi fors major hallarından biri üçün mümkün olmazsa, öhdəliklərini yerinə yetirməyən Tərəf məsuliyyət daşımır. Bu cür üzrlü gecikmə yaranarsa, bu cür öhdəliklərin icra müddəti gecikmə nəticəsində itirilən vaxta bərabər müddətə uzadılır. Bu müddəaya istinad edən Tərəf fors major halı yarandıqdan sonra praktiki cəhətdən mümkün qədər tez (a) qarşı Tərəfə fors major halının xarakteri və miqyası barədə yazılı bildiriş verir və (b) istənilən belə səbəbləri aradan qaldırmaq və mümkün qədər tez Müqavilə üzrə öhdəliklərinin icrasını bərpa etmək üçün kommersiya baxımından ağlabatan səylər göstərir.

91)      Fors major hallara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin bu Şərtlər və Qaydaların şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər aid edilir.

92)      Tibbi, ailəvi problemlər və İstifadəçi ilə əlaqədar digər hallar fors major hesab olunmur.

Mübahisələrin həlli

93)      Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

94)      Bu Şərtlər və Qaydalardan irəli gələn istənilən mübahisə Tərəflərin qarşılıqlı razılaşması əsasında həll edilir. Əgər Tərəflər qarşılıqlı razılaşma əsasında hər hansı mübahisəni həll olunmazsa, belə mübahisə(lər) Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək.

Digər Şərtlər

95)      Bu Şərtlər və Qaydalar predmeti üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.

96)      Bu Şərtlər və Qaydaların hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və Qaydaların  digər müddəaları tam qüvvədə qalacaq.  

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)

Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)
Elvin İbrahimov Tahir Oğlu (Elvin Ibrahimov Tahir oglu)